Hüquq məsləhətçisi

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Orta ixtisas
İşin təsnifatı:

- Şöbənin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
- qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
- Məhkəmələrdə şirkəti təmsil etmək;
- Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
- qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Daxili tənzimləyici sənədlərin layihəsini hazırlamaq, digər hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək;
- Qanunvericiliyə uyğun olaraq kommersiya sirri, digər konfidensial və xidməti məlumatları qorumaq;
- Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək;
- Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək

Tələblər

- Kişi və ya qadın
- Yaş həddi 25-35
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Azərbaycan-səlis, rus və ingilis dilləri arzu olunandır
- MS Office proqramları biliyi
- Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
- mülki, mülki-prosessual, əmək, qeyri-dövlət (özəl) mühafizə, daşınmaz əmlak sahəsində qanunvericiliyi mükəmməl bilmək. Vəkillərə üstünlük verilir.
- Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi, magistr dərəcəsi olan¬la¬ra üstünlük veriləcək
Rubrikalar
Digər
FMG
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

00:00, 8 noyabr, №2122
00:00, 21 noyabr, №2301
“GESCO” ASC
00:00, 14 noyabr, №2185
00:00, 9 noyabr, №2137
00:00, 1 noyabr, №2021
00:00, 12 noyabr, №2158