İşə qəbul şöbəsinin Meneceri

Məşğulluq
Tam gün
İş təcrübəsi
2-5 il
Təhsil
Ali
Vəzifə üzrə tələblər

• İşə qəbul şöbəsinin işini təşkil etmək, tabeliyində olan işçilərin inkişafını təmin etmək.
• İşçi ehtiyaclarını təyin olunmuş vaxtda, düzgün səriştələrə malik olan namizədlərlə ödənməsini təmin etmək.
• İşə qəbul alətlərindən istifadə standartları, işə qəbul proseduru, siyasətlərin yaradılmasında və inkişafında iştirak etmək.
• Bütün növ müsahibələrin təşkili, keçirilməsi, namizədlərə geri dönüşün edilməsini təmin etmək
• İşə qəbul üzrə analizlərin aparılması, işdən çıxış müsahibələrinin nəticələrinə dair statistik məlumat bazasını formalaşdırmaq
• Əmək bazarında işə götürənin brendinin inkişaf etməsini təmin etmək və çatışmazlıqları aradan qaldırmaq
• Müvafiq KİV-lərdə vakansiyalarla bağlı məlumat yaymaq, sosial şəbəkələrdə şirkətin karyera səhifəsinin aktiv və faydalı idarə edilməsini təmin etmək
• Şirkətin daxili tələbinə uyğun namizəd hovuzunun yaradılmasını təmin etmək
• İşə qəbulla bağlı namizədlərin qiymətləndirilməsi üçün müvafiq meyarlar və qiymətləndirmə formaları hazırlanmasını təmin etmək.. (suallar, testlər və s.)
• Müəssisəni əmək bazarı ilə bağlı tədbirlərdə təmsil etmək (sərgilər, yarmarkalar və s.);
• Müəssisə ilə təhsil müəssisələri arasında koordinasiyanı təmin etmək və istehsalat təcrübəsi ilə bağlı işləri aparmaq;
• Müəssisə ilə müvafiq dövlət qurumları (məşğulluq mərkəzləri) arasında işə qəbul prosesindən irəli gələn məsələlərdə koordinasiyanı təmin etmək.
• Yeni işə qəbul olunmuş işçilərin orientasiya siyasətinin müəyyən edilməsi və müvafiq prosedur qaydaların hazırlanmasında iştirak etmək
• İşə qəbulla bağlı aylıq hesabatın hazırlanmasını təmin etmək

Namizədə olan tələblər

• Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi və s.)
• Azərbaycan, rus dillərində səlist yazılı və şifahi ünsiyyət. İngilis dili biliyi üstünlükdür
• Kompüter bilikləri - MS office sərbəst istifadə etmək.
• İşə qəbul sahəsində minimum 3 il baş mütəxəssis və ya menecer vəzifəsində iş təcrübəsi. (Parakəndə sahəsində təcrübə üstünlükdür)
• Komandada işləmək və liderlik bacarığı

Təminatlar:

- 5 günlük iş həftəsi. 9:00-18:00
- Nahar və danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı 1.200 – 1.500 AZN
Rubrikalar
Digər
İşə qəbul şöbəsinin Meneceri
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

“ABB” ASC
00:00, 28 yanvar, №2684
00:00, 10 yanvar, №2482
00:00, 14 yanvar, №2523
00:00, 16 yanvar, №2558