Memar (çertyojçu)

Məşğulluq
Tam gün
İş təcrübəsi
2-5 il
Təhsil
Ali
Vəzifə: memar

İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
• Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
• Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
• İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
• İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
• Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
• Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
• Aylıq smetaların hazırlanması;
• Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Digər məlumat:

• Altıgünlük iş qrafiki.
• Əməkhaqqı: 800-1000 manat

Vəzifəyə dair tələblər:

• Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi);
• Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
• AutoCAD və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;
• Əllə eskizləri çəkmək bacarığı;
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
• müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Rubrikalar
Digər
“Melissa Group
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

00:00, 16 yanvar, №2558
05:51, Dünən, №3039
PAŞA Bank Korporativ Kredit Risk Anderrayteri axtarışındadır.
00:00, 14 yanvar, №2520
00:00, 23 yanvar, №2615
00:00, 8 fevral, №2849