IOS Developer

Məşğulluq
Tam gün
İş təcrübəsi
2-5 il
Təhsil
Ali
Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• IOS SDK platforması və Swift proqramlaşdırma dili üzrə biliklər;
• RESTful APİ və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
• GİT ilə sərbəst işləmə bacarığı;
• APP Store üzrə “guideline” bilikləri arzuolunandır;
• JavaScript,TypeScript, Angular, HTML, CSS bilikləri arzuolunandır.
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Rubrikalar
Banklar, investisiya, lizinq
Bank Respublika ASC
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

“PAŞA Sığorta” ASC
00:00, 19 fevral, №2944
00:00, 31 yanvar, №2735
00:00, 6 fevral, №2836
İnformasiya Təhlükəsizliyi İnzibatçısı
00:00, 31 yanvar, №2731
00:00, 24 yanvar, №2623