Servis mühəndisi - ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.

Məşğulluq
Tam gün
İş təcrübəsi
2-5 il
Təhsil
Ali
Tələblər:

• Ali texniki təhsil
• Servis mühəndis vəzifəsində 3 il iş təcrübəsi
• Sahə üzrə biliklər
• Analoji peşə üzrə kurslar
• Bu sahə üzrə sertifikat
• Elektrik/hidravlik sxemləri oxumağı bacarmalıdır
• Dil bilikləri: Azərbaycan, rus, ingilis – yaxşı (texniki səviyyədə)
• Kompyuter Bilikləri: Mc Office
• Sağlam, fiziki dözümlü, məsuliyyətli olmalıdır
• Komandada işləmə bacarığı olmalıdır
• Əmək intizamının yüksək olması
• Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi

Servis üzrə menecer bilməlidir:

• Elektron avtokataloqları mütləq bilmək;
• Xüsusi texnikanın quruluşunu bilmək;
• Əsas brendlərin istehsalçılarını tanımaq;
• Avadanlıqların quraşdırılması və təmiri üsullarını, təmir işlərinin təşkili və texnologiya üsullarını;
• Qüsür cədvəlləri, pasportların tərtib edilmə qaydasını, avadanlıqların istismar üzrə təlimatları və digər texniki sənədləşmələri;
• Avadanlıqların təmirə qəbul edilməsi və təmirdən sonra təhvil verilməsi Qaydalarını;
Avadanlıqlarının istismarı, təmiri və modernləşdirilməsi, yenilənməsi zamanı əməyin səmərəli təşkilinin tələblərini;
Müəssisəyə təmir xidmətinin qabaqcıl ölkədaxili və xarici təcrübəsini;
• İqtisadiyyatın istehsalatın əməyin və idarəetmənin təşkilinin Əsaslarını;
• Ekoloji, əmək qanunvericiliyinin əsaslarını;
• Daxili nizam qaydalarını bilmək; Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Kargüzarlıq və sənəd dövriyəsi işlərini;
• Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.

Vəzifə öhdəlikləri:

• Vəzifə təlimatını, SƏTƏM, İR və müəssisə daxili qaydaları bilməlidir;
• Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
• Servis tələblərinin tərtib edilməsi;
• İclaslarda iştirak etməli;
• Daxili təlimlərdə iştirak etməli;
• İş ilə bağlı ezamiyyətlərə getməli;
• Bütün zəruri sənədlərin hazırlanması;
• Şirkətə məxsus olan bütün texnika və avadanlığa görə cavabdehlik daşımaq;
• Texnikanın iş saatına uyğun olaraq, onun servisi üzrə həftəlik/aylıq planın hazırlanması;
• Servis işçilərini idarə etmək və yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasına nəzarət etmək;
• Texniki heyəti təlimatlandırmaq;
• Gündəlik texniki təhlükəsizlik təlimatlarını keçirmək və müvafiq blankda qeydlər aparmaq;
• Aylıq hesabatların hazırlanması (işçinin iş saatı, texnikanın iş saatı və s.);
• Hər ayın əvvəlində lazım olan ehtiyat hissələrinin siyahısını hazırlamaq;
• Şirkətə məxsus texnikanın aylıq yoxlama planını hazırlamaq, texnikanın yoxlama nəticələri əsasında hesabat hazırlamaq;
• Texnikanın gündəlik təmir nəticələri əsasında hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Görülən təmir işləri haqqında müştəriyə məlumat vermək;
• Müştərinin tələblərini vaxtında yerinə yetirmək;
• Müştərilərin şikayətlərini araşdırmaq, həlli yollarını tapmaq, bu barədə hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Hər həftə yenilənmiş daimi və potensial müştərilərin siyahısını rəhbərliyə təqdim etmək;
• Şirkət qarşısında qoyulmuş məqsədlərə nail olmaq üçün görülən işlərə və şirkətin daxili siyasətinə riayət olunmasına nəzarət; şirkətin prosedur və qaydarına riayət etmək;
• Bütün görüləcək işlər haqda rəhbərliyə məlumat vermək;
• İşlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə bütün şöbələr ilə mütəmadi görüşlər keçirmək
• Avadanlığın aylıq yoxlama cədvəlinin hazırlanması və cədvələ uyğun yoxlamanın keçirilməsinə nəzarət;
• Texnika və avadanlıq üçün alınmış ehtiyat hissələrinin texnki uyğunluğunu baxışdan keçirmək;
• Texnikanın servisinə, təmirinə nəzarət etmək;
• Servis xidmətinə aid bütün şirkətdaxili və şirkətxarici tapşırıqları işçilər arasında bölmək və yerinə yetirilməsinə nəzarət etmək;
• İşçi qüvvəsinin istifadə olunması planı. Servisə aid olan işçilərin işə qəbulu və yerləşdirilməsini təşkil etmək. Servisə tabe olan işçilər arasında iş bölgüsü aparmaq;
• Servis şöbəsində çalışan bütün işçilərin işinə/fəaliyyətinə nəzarət etmək və əlaqələndirmək;
• İşçilərin iş fəaliyyətinin rüblük qiymətləndirməsini həyata keçirmək;
• Servis işçilərinin sayını və iş keyfiyyətini nizamlamaq;
• Servis işçilərinin iş davamiyyətinə nəzarət etmək;
• Həftədə bir dəfə işçilərin səhhətində psixoloji cəhətdən heç bir problemin olmadığına əmin olmaq, iş saatları ərzində bütün diqqətin yalnız işə yönəldiyinə əmin olmaq;
• Servis işçilərinin ezamiyyət vərəqələrini hazırlamaq və aidiyəti üzrə təqdim etmək.
• İş gününün sonunda həvalə edilmiş avtomobili müəyyən olunmuş mühafizə olunan məntəqədə saxlamaq;
• Anbarda malların inventarizasiyasında iştirak etmək;
• Anbara malların qəbul edilməsində iştirak etmək;
• Anbardan malların təhvil verilməsini anbar proseduruna əsasən həyata keçirmək;
• İşi düzgün və operativ aparmaq üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
• Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
• Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.
Rubrikalar
Digər
Caspian Services Group” MMC
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

İnformasiya Təhlükəsizliyi İnzibatçısı
00:00, 31 yanvar, №2731
Ziraat Bank Azərbaycan ASC
00:00, 16 yanvar, №2555
Mazarina Trade Company
00:00, 18 yanvar, №2592
Wentto Electronics
00:00, 10 yanvar, №2481
İnformasiya Təhlükəsizliyi İnzibatçısı
00:00, 31 yanvar, №2732
Stamperia Print”
00:00, 13 yanvar, №2508