Satınalmalar üzrə Mütəxəssis

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Ali
Əsas vəzifə və öhdəliklər:

• Büdcə çərçivəsində nəzərdə tutulmuş malların, işlərin və xidmətlərin satın alınmasını mərkəzləşdirilmiş qaydada “Dövlət Satınalmaları haqqında” Azəbayan Respublikasının Qanununa uyğun həyata keçirilməsi;
• Satınalmalar üzrə müsabiqələrin (açıqqapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması və bununla bağlı nəzarət funksiyasının yerinə yetirilməsi;
•Satınalma planının hazırlanması, hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət və müqayisə cədvəlinin hazırlanması, satınalmalarla bağlı məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
• Vəsaitlərdən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Bağlanmış müqavilələrin idarə olunması və icrasına nəzarət, planlaşdırma və satınalma fəaliyyəti haqqında hesabatların təqdim edilməsi;
• Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
• Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması.

Tələb olunan təhsil və bacarıqlar:

• Ali təhsil;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
• MS Office proqramları;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Satınalma prossesləri və ümumi prinsipləri anlamaq;
• Bazarı təhlil etmək bacarığı;
• Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli; ( rus və ingilis dilləri bilən namizədlər arzuolunandır)
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı.

Tələb olunan iş təcrübəsi:

• Satınalmalar üzrə mütəxəssis vəzifəsində ən azı 3 il iş təcrübəsi tələb olunur( Dövlət qurumunda iş təcrübəsi üstünlük hesab edilir).
Rubrikalar
Digər
tourismboard
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

OBA Marketlər şəbəkəsi, baş ofis
00:00, 31 yanvar, №2733
"Özsüt Restoranı"
00:00, 5 fevral, №2812
00:00, 30 yanvar, №2711
00:00, 31 yanvar, №2735
19:36, 20 fevral, №2976
İnformasiya Təhlükəsizliyi İnzibatçısı
00:00, 31 yanvar, №2732