Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Ali
Öhdəliklər:

• Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir;
• Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır;
• Biznes proseslərin ilkin funksionalını hazırlayır və testə göndərir;
• Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır;
• Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir;
• Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir;
• Tərəfindən tətbiq olunmuş biznes proseslər üzrə müvafiq texniki dəstəyi dəstək qrupuna göstərir;
• Bankın biznes prosesləri üzrə dəstək qrupundan daxil olan biznes prosesləri üzrə texniki sualları cavablandırır;
• Şöbə müdiri tərəfindən həvalə olunmuş proseslərin təkmilləşdirilməsində iştirak edir;
• Bankın əməliyyat sistemində icra olunan proseslər üzrə müvafiq hesabatları hazırlayır;
• Banka müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlayır və tətbiq edir.

Tələblər:

• Sahə üzrə ən azı 1 illik iş təcrübəsi , bank təcrübəsi arzu olunandır;
• Texniki sahədə tam ali təhsil;
• Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdimi bacarığı;
• OOP prinsipləri üzrə yaxşı səviyyədə biliklər;
• C# üzrə ASP.NET texnologiyaları və webservice, ODBC, XML üzrə yaxşı səviyyədə biliklər;
• MS SQL Serverin 2008-dən aşağı olmayan versiyalarında, Oracle-nin 10g-dən aşağı olmayan versiyalarında sorğuların yazılması bacarığı;
• Öncədən yazılmış kodları təhlil etmək və onlarla işləmək bacarığı;
• Komanda tərkibində və fərdi işləmə bacarığı;
• Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta səviyyədə Rus dili biliyi.
Rubrikalar
Banklar, investisiya, lizinq
Kapital Bank
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

“ABB” ASC
00:00, 28 yanvar, №2684
“Melissa Group
00:00, 16 yanvar, №2556
Peppe Pizza
00:00, 17 yanvar, №2575
00:00, 10 yanvar, №2478