İnsan Resursları üzrə aparıcı mütəxəssis

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Orta ixtisas
Vəzifə funksiyaları

• İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
• Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərinin Elektron informasiya sistemi (E-GOV) uyğun olaraq vaxtında daxil edilməsi;
• İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
• Tabelin cari ay üçün ilkin formasının hazılanması (işə qəbul, işdən azad, keçən aydan bu aya keçən məzuniyyətlər, növbəli işçilərin növbə axışının düzgünlüyü);
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• İşçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət);
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
• İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişini həyata keçirmək;
• Məşğulluq hesabatları (2İ, 3İ, 5İ) verilməsi;
• Sosial sığorta şəhadətnamələrinin sifarişi (ilkin və ya dublikat);
• İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.

Tələblər

• Ali təhsil;
• İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 3 illik iş təcrübəsi;
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
• MS Office proqramları bilikləri;
• Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
• 1C proqram biliyi arzu olunandır;
Rubrikalar
Digər
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

"Miniso Co" MMC
00:00, 25 yanvar, №2632
“Collezione Italia
00:00, 28 yanvar, №2685
Atəşgah» Sığorta
00:00, 15 yanvar, №2548
Azerbaijan Flowers Company
00:00, 23 yanvar, №2614