Satış təmsilçisi

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Orta ixtisas
Vəzifə barədə məlumat:

• Satışın yüksək səviyyədə həyata keçirilməsi;
• Məhsulun təqdim edilməsi və məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək;
• Mövcud müştəri bazası ilə işləmək, müştərilərlə uzun müddətli münasibətlər yaratmaq və onu qorumaq;
• Müştəriyə brend məhsulun çeşidi haqqında məlumat vermək, alıcıya məhsulun seçimi zamanı köməklik göstərmək;
• Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş məhsullarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi;
• Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçülərin götürülməsi və dizayn xidmətinin göstərilməsi;
• Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək, mağazanın işgüzar nüfuzunun qorunması;
• Ödəmə şərtləri və endirimlər barədə təkliflərin hazırlanması;
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Lyuks brendlərlə çalışmaq imkanı;
- Həftə ərzində 6 iş günü;
- İş saatı: 10:00-19:00.

Tələblər:

- Ali təhsil
- Çilçıraq sferasında (müasir işıqlandırma) minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
- Dil bilgiləri: Azərbaycan, Rus (mütləq), İngilis dillərində yazı, danışıq qabiliyyəti;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- Ünsiyyətcillik, stresə davamlılıq, nəticə yönümlülük;
- Ofis və CRM proqramlarında işləmə bacarığı.
Rubrikalar
Digər
“Collezione Italia
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

00:00, 13 yanvar, №2506
00:00, 24 yanvar, №2621
"Miniso Co" MMC
00:00, 25 yanvar, №2632
taxibaku
00:00, 10 fevral, №2868
06:15, Dünən, №3040