Ehtiyat hissələri üzrə mütəxəssis (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Orta ixtisas
İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi.
• İstirahət: Bazar günü
• İcbari sığorta
• Avtomobil ilə / xidməti nömrə ilə təmin olunur
• Komfort iş şəraiti
• Perspektivli iş
• Mehriban kollektiv

Tələblər:

• Ali təhsil;
• İş təcrübəsi;
• Bu sahə üzrə sertifikat;
• Azərbaycan, ingilis və rus dillərini bilməlidir;
• Gündəlik valyuta məzənnəsini;
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, Online prosedurları həyata keçirmə bacarığı;
• Kargüzarlıq işlərini bilmək;
• E-poçtla işləmək;
• İşgüzar yazışmalar;
• Danışıqların təşkili;
• Sürücülük vəsiqəsi;
• İntizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli;
• Tək və komandada işləmə bacarığı olmalı;
• Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

Bilməlidir:

• Elektron avtokataloqları mütləq bilmək;
• Xüsusi texnikanın quruluşunu bilmək;
• Əsas brendləri, ehtiyat hissələrinin istehsalçılarını tanımaq;
• Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir.
• Əməyin mühafizəsinin qayda və normalarını.

Vəzifə öhdəlikləri:

• Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
• EPC-də (Ehtiyat hissələrinin elektron kataloqu) ehtiyat hissələrinin kataloq nömrələrini müəyyən etməli;
• Müştərilərə ehtiyat hissəsinin qiyməti, mövcud olub-olmaması və çatdırılma tarixləri barədə
məlumat verməli;
• Müştərilər üçün satış sifarişlərinin icrası;
• Müştəri xidmətinin yüksək səviyyədə təşkil edilməsi;
• Müştərilərə ehtiyat hissələrinin tanıtımı və satış şərtlərinin ətraflı izah edilməsi;
Müştərilərin məlumat bazası ilə işin aparılması;
• Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;
• Xarici bazar qiymətlərinin təhlili və müqayisəli hesablamanın aparılması ;
• Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılması;
• Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlayır və həyata keçirir.
• Proqnozlaşdırılan satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır.
• Əsas təchizatçılarla səmərəli əlaqələri və tərəfdaşlığı inkişaf etdirir və idarə edir; təchizatçıların və xidmət təminatçılarının Əsas siyahılarını hazırlayır və təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yeniləyir.
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirir; satınalma sifarişlərini hazırlayır və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edir.
• Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malları, xammalı və ya xidmətləri istifadəçilər, təchizatçılar və əlaqədar digər şəxslər ilə müzakirə edir və problemin aradan qaldırılması üçün izahedici və qabaqlayıcı tədbirlər görür.
• Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir.
• Təchizatçılar və brokerlər (başqaları üçün mal alıb satanlar) ilə əlaqələri idarə edir.
• Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır.
• Sifariş edilmiş ehtiyat hissəsinin anbara daxil olması ilə bağlı müştəriləri məlumatlandırır;
• Bütün zəruri sənədlərin müvafiq orqanlara çatdırılması;
• Servis tələblərinin tərtib edilməsi;
• Müştərilərin telefon zənglərinə cavab verilməsi;
• Gündəlik satış hesabatları barədə rəhbərliyə məulmatın təqdim edilməsi;
• Anbarda malların inventarizasiyasında iştirak etmək;
• Anbara malların qəbul edilməsində iştirak etmək;
• Anbardan malların təhvil verilməsini anbar proseduruna əsasən həyata keçirir;
• İşi düzgün və operativ aparmaq üçün digər şöbələr ilə razılaşdırmaq və onlar ilə daima əlaqə saxlamaq;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Görülən işlər barədə hesabatlar təqdim etməli;
• Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
Rubrikalar
Digər
Caspian Services Group” MMC
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

Azərbaycan Beynəlxalq Bankı
00:00, 23 yanvar, №2616
650 - 650 ₼
HR menecer
05:25, Dünən, №3038
00:00, 7 yanvar, №2452
00:00, 10 yanvar, №2479
00:00, 27 yanvar, №2655
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası”
00:00, 16 yanvar, №2557