Marketinq üzrə mütəxəssis

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Ali
ƏSAS VƏZİFƏ və ÖHDƏLİKLƏR:

• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil edir;
• Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
• Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
• Müştəri bazasını genişləndirir;
• Şirkət bloqunun moderasiyasını aparır;
• Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
• İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
• Müştərilərdən gələn sorğuları cavablandırır;
• Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
• Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
• İstifadə olunan saytların effektivliyini təhlil edir;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul, xidmət və kompaniyaların inkişaf etdirilməsini təmin edir;

NAMİZƏDLƏR AŞAĞIDAKI TƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİRLƏR:

• Ali təhsil (İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə sahələr üstünlükdür);
• Müvafiq sahədə 1 illik iş təcrübəsi;
• Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
• SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
• Azərbaycan dilini mükəmməl bilmək, (ingilis, rus dili üstünlükdür)
• MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini (CV-yə şəkil əlavə etmək mütləqdir) [email protected] e-ünvanına Marketinq üzrə Mütəxəssis başlığı ilə təqdim etsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Rubrikalar
Reklam, marketinq, PR
"Klimat-X" MMC
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək

Oxşar elanlar

00:00, 24 mart, №3279
Agro Dairy LLC
00:00, 19 mart, №3255
Texnomart Mağazalar Şəbəkəsi
00:00, 18 mart, №3248
Brand and Advertisement Specialist
00:00, 5 mart, №3143
00:00, 17 mart, №3228