Satış üzrə mütəxəsis

Təəssüf ki, elan köhnəlmişdir
SATIŞ ÜZRƏ MÜTƏXƏSSİS

İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 93, AZ1000)
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Tabeçilik: Satış və Marketinq departamentinin müdiri
Əmək haqqı: 1000 AZN – dən başlayaraq + rüblük bonuslar

İŞİN TƏSVİRİ

− Zavodun (qlükoza, fruktoza, nişasta) istehsal etdiyi əsas məhsulların qənnadı, ət, süd istehsalı və sənayə sahələrinə satışını həyata keçirmək;
− Yan məhsulların (qlüten, qarğıdalı özəyi, kəpəyi) fermalara və aqro-parklara satışını həyata keçirmək;
− Müştəri bazası yaratmaq, təhlil etmək və öyrənmək;
− Müştəri bazasının artırılması məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
− Biznesin inkişafı üçün yerli alıcılarla sıx əlaqə qurmaq;
− Potensial alıcıları keyfiyyətli və maraqlı təkliflərlə cəlb etmək;
− Müntəzəm səfərlər, telefon zəngləri və e-poçt əlaqələri ilə yeni və mövcud müştərilərlə əlaqələr saxlamaq;
− Həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim etmək;
− Yeni əlaqələr qurmaq üçün şirkətlərin və müştərilərin nümayəndələri ilə görüşlər keçirmək;
− Rəqiblərin bazarını müntəzəm olaraq araşdırmaq;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Müstəsna satış bacarıqları və sübut edilmiş satış təcrübəsi;
− Ali təhsil;
− Dil bilikləri (Azərbaycan dilində səlis danışıq, İngilis və Rus dillərini yüksək səviyyədə bilmək arzuolunandır);
− Office proqramlarında, xüsusi ilə Excell proqramında işləmə bacarığı;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi (aqro və qənnadi səhalərində təcrübəsi olanlara üstünlük veriləcək);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd etməyiniz xahiş olunur, əks halda müraciətlərinizə baxılmayacaq).
Rubrikalar
Satış, ticarət, marketinq
Corn Processing Company
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək