Maliyyə Direktoru

Məşğulluq
Tam gün
İş təcrübəsi
Bir ildən çox
Təhsil
Ali
Təəssüf ki, elan köhnəlmişdir
Funksiyalar:

• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi və ona nəzarət;
• Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
• Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
• Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinin idarə olunması;
• Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi (rəhbərliyin təsdiqi əsasında);
• Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin etmək;
• Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil və icrasına nəzarət etmək;
• Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət etmək;
• Vəzifə təlimatlarına və maliyyə departamentinin hədəflərinə əsaslanaraq işçilərin performanslarını qiymətləndirmək;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik;
• Maliyyə planının hazırlanmasını və yerinə yetirilməsini təşkil etmək;
• Şirkətin maliyyə hesabatların BMUS (İFRS) uyğun hazırlayıb rəhbərliyə və o cümlədən lazımi tələb olunan yerlərə təqdim edir. Müstəqil audit üçün bütün lazım olan məlumatları keyfiyyətli və vaxtında hazırlanmasını idarə etmək;
• Yeni proqram təminatlarının implementasiyası və ya mövcud proqramın işlək olmasının təmin etmək;
• Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini təşkil etmək;
• Müstəqil auditorlara iş əlaqələndirilməsi və audit hesabatın hazırlanmasınn koordinasiya etmək;

Vəzifəyə olan tələblər

• Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Təcrübə: Maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı;
• Kompyuter biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı;
• Elektron Maliyyə programları bilik və işlətmə bacarıqı;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
• Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
• Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti;
• ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmalı;
• Dil biliyi: Azərbaycan, Rus, İngilis.

Əmək haqqı: 3000- 3500 AZN

Vakansiyanın tələblərini ödəyən namizədlər [email protected] e-mail ünvanına mövzu hissəsində “Maliyyə Direktoru “ qeyd edərək “CV”-ləri göndərə bilərlər.
Rubrikalar
Mahasibatlıq, vergilər, mailiyyə, audit
Company
Hərəkət
SeçilmişlərəSeçilmişlərdən silmək