usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,87 ₼
Alış
1,87 ₼
Satış
1,87 ₼
eur:
1,87 ₼
Bu gün
+17... 18 °С
Buludsuz, yağmursuz
Sabah
+17... 19 °С
Buludsuz, yağmursuz
Bu gün
+17... 18 °С
Buludsuz, yağmursuz
Sabah
+17... 19 °С
Buludsuz, yağmursuz

Xəbərlər Bakı. Cəmiyyət

Filters
Filters
Cəmiyyət
Bu gün saat 12:00-dan Bakının Qaradağ rayonu, Korgöz, AZNS, Qızıldaş qəsəbələrində bir qrup abonentin və bir neçə mühüm əhəmiyyətli obyektin qaz təminatında fasilələr yaranacaq. Bu barədə Bakucity.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bu müddətdə “Puta” qaz paylayıcı stansiyası ərazisində qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yararsız vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri icra olunacaq. Bakuci...
Cəmiyyət
Bakı şəhərindəki klinikaların birində nadir cərrahiyyə əməliyyatı həyata keçirilib. Bakucity.az Baku.ws-ə istinadən məlumat verir ki, burunun içindən çıxan diş cərrahi müdaxilə ilə çıxarılıb. Nadir hallarda qeydə alınan bu əməliyyatı həyata keçirən həkim "Xəzər Xəbər"ə bildirib ki, əvvəlcə burunun içərisinə alətlərlə müdaxilə edilib. Kiçik bir prosedurdan sonra isə orada bitən diş çıxarılıb. Həkim-stomatoloq Naib Bayramov deyib ki, dişin burunun içində çıx...
Cəmiyyət
Oktyabrın 13-də  Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Bakucity.az-a bildirilib ki, gündüz, əsasən, yağmursuz keçəcək.  Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° ist...
Cəmiyyət
Rusiyanın Rostov şəhərinin “Platov” beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Tel-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq. Bakucity.az “Platov” aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, “AzurAir” aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. “Azimut” aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Tel-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa u...
Cəmiyyət
Yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır. Bakucity.az xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə üç qəza qeydə alınıb.  Hər üç qəza demək olar ki, eyni ərazidə baş verib. Aeroport yolu...
Cəmiyyət
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində gənc qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Mirzəyeva Mədinə İmran qızı oktyabrın 8-də evdən çıxaraq hazırlıq kursuna gedib və bir daha geri qayıtmayıb. M.Mirəzyevanın atası hadisə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Suraxanı rayonunda iki avtomobilin toqquşması zamanı beş nəfər xəsarət alıb.   Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, Əmircan qəsəbəsi ərazisində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki yaşlı Şəbiyeva Əsma Aydın qızı, dörd yaşlı Şəbiyev Hüseynəli Aydın oğlu və onların anası, 1992-ci il təvəllüdlü Şəbizadə Ülviyyə Yaşar qızı, eləcə də, 4 yaşlı Eyvazova Məsumə Hüseyn qızı və 1969-cu il təvəllüdlü Əbdülkərimo...
Cəmiyyət
Bakı Şəhər Təhsil İdarəsi 16 nömrəli Texniki-Humanitar Liseydə dərs şəraiti, bir neçə fənn üzrə müəllimlərin olmaması ilə bağlı valideynlərin narazılığına münasibət bildirib. Bakucity.az-ın məlumatına görə, idarədən “Qafqazinfo”ya bildirilib ki, tədrisin digər dildə aparıldığı bölmədə vakant olan kimya, fizika və informatika fənləri üzrə dərs saatları müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində elektron sistemə daxil edilsə də, həmin yerlər tutulmay...
Cəmiyyət
Bakıda avtomobil yollarından birində hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakucity.az-a verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabrın 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. B...
Cəmiyyət
Oktyabrın 9-u saat 07 radələrində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində tələbə qızı maşınla vurub öldürən şəxsin kimliyi açıqlanıb. Bakucity.az Baku.ws-ə istinadən məlumat verir ki, BMW markalı, 90 DH 530 dövlət nömrə nişanlı avtomobili A.Ağayev idarə edib. O, sabiq polis əməkdaşıdır. Hazırda həmin şəxs təqaüddədir. Xatırladaq ki, piyada - Solmaz Abdullayeva xəstəxanaya aparılarkən yolda ölüb. 14:14 Oktyabrın 9-da Müşfiqabad qəsəbəsi əra...
Cəmiyyət
Bakının Səbail Rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları saxta spirtli içki istehsalı ilə bağlı daha bir fakt aşkarlayıblar. Bakucity.az xəbər verir ki, bu barədə Oxu.Az-a idarədən bildiriblər. Aparılan istintaq-axtarış tədbirləri nəticəsində “Müstəqil Rəcəb” MMC-yə məxsus, Bakı şəhər sakininin idarə etdiyi “Volkswagen” yük avtomobilindən saxta olan 456 ədəd araq, 150 ədəd viski aşkar olunaraq götürülüb.  Hazırda araşdırma ap...
Cəmiyyət
Oktyabrın 12-də Bakıda  havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-18, gündüz 20-22 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Bakuc...
Cəmiyyət
Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçirilir. Bakucity.az-ın xəbərinə görə, sərgidə ümumilikdə 22 ölkədən 150 təhsil strukturu iştirak edir. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəs...
Cəmiyyət
Oktyabrın 10-da IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.  Bakucity.az-ın xəbərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən, tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. Yenilənmiş həyət Suraxanı rayonu, Hövsan qəsəb...
Cəmiyyət
Oktyabrın 11-də paytaxtın Xətai rayonunun bəzi hissələrində təbii qazın verilişində məhdudiyyətlər olacaq. Bu barədə Bakucity.az-a “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilir ki, səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup abonentin qaz təminatında fasilə yaranacaq.  Bu zaman rayonun Ş.Məmmədov küçəsində orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmas...
Cəmiyyət
Bakıda insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə mənimsəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs tutulub.  Araşdırma zamanı müəyyən...
Cəmiyyət
Oktyabrın 9-da paytaxtın Nərimanov rayonunda İran vətəndaşının iştirakı ilə xoşagəlməz hadisə baş verib. Bakucity.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, “102” xidmətinə İran vətəndaşı S.Touloun tərəfindən zəng gəlib. Kişi həyəcanla oğlu, 1998-ci il təvəllüdlü Seyidrzanın saat 19:20-də intihar etmək məqsədilə evi tərk etdiyini bildirib. 18-ci Polis Bölməsinin əməkdaşları xəbərdarlığa cəld reaksiya verərək, saat...
Cəmiyyət
İlin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq. Bakucity.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.  Onun sözlərinə görə, hazırda paytaxt ərazisində müntəzəm marşrut xətlərində istifadə olunan 503 avtobusda gediş haqqı kart sistemi ilə qəbul olunur, qalan böyük əksəriyyətində isə kart sistemi yoxdur. “Bu prosesi gecikdirən əsas sə...
Cəmiyyət
“Azərbaycan Neft və Sənaye Universitetinin yataqxanasının yerində ötən il ərzində inşa edilən yeni yataqxana artıq istifadəyə verilib”. Bakucity.az-ın Report-a istinadən xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, “Univerium” tələbə şəhərciyində tələbələr üçün ən müasir standartlara cavab verən şərait yaradılıb:  “Orada tələbələrin asudə vaxtlarını yaxşı keçirmələri, müxtəlif müzakirələr aparm...
Cəmiyyət
Oktyabrın 11-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.  Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sü...
Cəmiyyət
“Bakı şəhərindəki yataqxanalarla bağlı yaradılan komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub”. Bakucity.az Report-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, komissiya yataqxanalarda elektrik naqillərinin vəziyyətini də yoxlayıb:  “Baş nazirin müavini Əli Əhmədovla birlikdə b...
Cəmiyyət
Bakı küçələrində velosiped yollarının hazırlanmasına başlanılıb. Bakucity.az-ın Report-a istinadən xəbərinə görə, paytaxtın bütün mərkəzi küçələrində nəzərdə tutulan veloyolların hazırlanması işlərinə şəhərin mərkəzində, Puşkin bağının yanında start verilib. Bir istiqamətdə eni 1.50 sm – ikitərəfli istiqamətdə isə eni 3 metr olan veloyol dünya standartları səviyyəsində qurulur. Yolda gözdən əlillərin hərəkəti də nəzərə alınıb.  Belə ki, veloyollarda sarı r...
Cəmiyyət
Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində söküntü işlərinə başlanılıb. Bakucity.az Bizimyol.info-ya istinadla xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq “Birinci ərazi” adlandırılan yerdə aparılıb. Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir. Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma...
Cəmiyyət
Yəqin hər birimiz təcili tibbi yardımın, yanğınsöndürmə xidmətinin işıqforun qırmızı işığında durması və yaxud nəqliyyatın sıx olduğu ərazilərdə tıxaca düşməsinin şahidi olmuşuq. Bəs bu halların qarşısını almaq üçün hansı tədbirlər görülür?  Bakucity.az mövzu ətrafında kiçik araşdırma aparıb və məsələyə aidiyyətı qurumların rəsmilərinin münasibətini öyrənib. Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildi...
Cəmiyyət
Paytaxtda köçməyə harada kömək edirlər? Bu gün Bakıda yükdaşıma xidmətlərinə təlabat çoxdur. Bu cür daşınmanın əsas üstünlüklərindən biri avtomobillərin mobilliyi və yüklərin tez çatdırılmasıdır.   Bakucity.az mövzu ətrafında araşdırma aparıb, yükdaşıma xidmətlərinin qiymətləri ilə maraqlanıb. “Yük taksisi” Şirkət 166 qaynar xəttində mövcuddur və 2012-ci ildən  xidmət göstərir. Xidmətlər həftədə 7 gün 24 saat verilir. Yük taksi sifarişi və yükləmə ilə yana...
Cəmiyyət
Bakı polisi deputatın iddialarına münasibət bildirib. “Metrodan istifadə edən hər bir sərnişin bir neçə vizual, biometrik yoxlamadan keçməklə platformaya daxil olur. Elektron mühafizə şəbəkəsi vasitəsilə, eskalatorlarda, platformalarda, metro vaqonlarında belə sərnişinlərin təhlükəsizliyinə fasiləsiz nəzarət var”. Bakucity.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Ha...
Cəmiyyət
Bakıda daha bir qadın əri tərəfindən qətlə yetirilib.  Bakucity.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 39 yaşlı İlham Əkbərov Nizami rayonunda yaşadığı evdə arvadı, 36 yaşlı Cəvahiri qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. Onun arvadına 18 bıçaq zərbəsi vurduğu bildirilir. İ.Əkbərov hadisə yerindən qaçaraq Şəkiyə gedib. Nizami və Şəki polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi baş...
Cəmiyyət
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakucity.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, oktyabrın 8-də saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Bakıda baş verən ağır qəzanın görüntüləri yayılıb. Bakucity.az-ın xəbərinə görə, görüntüləri Avtosfer.az saytı dərc edib. Videoda düzünə gedən sürücü svetoforun sarı işığında hərəkət edib. O, növbəti svetofora çatana kimi, sağdan yolayrıcına daxil olan sürücülərə yaşıl işıq yanır. Nəticədə qəza qaçılmaz olur. Qeyd edək ki, bu yolayrıcında tez-tez baş verən qəzaların səbəblərindən biri sürücü məsuliyyətsizliyidir.  İşıqforun yaşıl işığında hərəkət edən sürü...
Cəmiyyət
Oktyabrın 10-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.  Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-23, Bakıda gecə 15-17, gündüz 22-24...
Cəmiyyət
Özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyasının razılaşdırılan piketi paytaxtın mərkəzində kütləvi hüquq pozuntuları ilə müşayiət olunub. Bakucity.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, piket ərəfəsində təşkilatçılara tədbirin qanunvericilik tələblərinə uyğun keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara baxmayar...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb. Bakucity.az Unikal.org-a istinadən xəbər verir ki, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb. Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından təsdiqləyiblər. Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın...
Cəmiyyət
Oktyabrın 9-da səhər saat 09:00-dan  Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu barədə Bakucity.az-a “Azəriqaz” QSC-dən məlumat verilib. Saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı...
Cəmiyyət
Bakıda doqquz aydır itkin düşən 21 yaşlı qız axtarılır. Bakucity.az-ın Report-a istinadən xəbərinə görə, hadisə bu ilin yanvar ayında paytaxtın Xətai rayonu ərazində baş verib.  Belə ki, 1998-ci il təvəllüdlü Bahar Əzimova Neapol küçəsi ev 16 ünvanından çıxaraq bir daha geri qayıtmayıb.  Lakin bu barədə qızın anası 9 aydan sonra, oktyabrın 7-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edib.  Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən Xəzər dəni­zinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir. DSX-dan Bakucity.az-a verilən məlumata görə, oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən DSX-nin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nöm­rəli 4 nəfər heyət üzvü olan bayda tipli...
Cəmiyyət
Ötən gün sosial şəbəkələrdə yayılan video istifadəçilərin böyük marağaına səbəb olub. Bakucity.az xəbər verir ki, Mətbuat prospektində mənzillərin birinin eyvanından çəkilən görüntülərdə itin piyada keçidində dayanıb maşınların ona yol verməsini gözləməsi əks olunub. Lakin sürücülər piyada keçidində itə yol vermirlər. Bir müddət sonra həmin keçiddən yolu keçən iki kişidən biri heyvanın ona baxaraq sanki kömək istədiyini görür. Həmin piyada itə yolu keçməyə...
Cəmiyyət
Paytaxtın Nəsimi rayonunda 20 yaşlı gənci binanın beşinci mərtəbəsindən yerə atıblar. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, insident 5-ci mikrorayon ərazisində qeydə alınıb.   Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.   Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerlə...
Cəmiyyət
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası ətrafında piket keçirib.  Bakucity.az-ın məlumatına görə, BŞİH ilə razılaşdırılmış piketin keçirildiyi ərazidə polis təhlükəsizlik tədbirləri görüb. Aksiyaların paytaxtın mərkəzi meydanlarında keçirilməsinə icazə verilməsi tələbi ilə keçirilən piketin sonunda qətnamə oxunub.   Bakucity.az
Cəmiyyət
Bakıda stadionun paltardəyişmə otağında 2 nəfərin cibindən pul və lotereya bileti oğurlanıb. Bakucity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən stadionun paltardəyişmə otağında qeydə alınıb. Belə ki, axşam saatlarında həmin stadionun paltardəyişmə otağında paltarlarını asan Fərrux Hüseynlinin cibindən 800 manat və 400 manat uduş olan lotoreya bileti, Orxan İbrahimlinin cibindən isə 83 manat pul oğurl...
Cəmiyyət
Son vaxtlar havaya çirkli maddələrin və qazların buraxılması ilə bağlı faktlar çoxalıb. Belə faktlardan biri də dəmir yolunda qeydə alınır. Bakucity.az Baku.ws-ə istinadən xəbər verir ki, Biləcəridə hərəkət edən teplovoz havanı son dərəcə çirkləndirir. Həmin teplovoz hərəkət etdikcə havaya qatı tüstü buraxaraq ətrafda olan insanların sağlamlığına olduqca mənfi təsir göstərir. Dəmir yolu işçilərindən öyrənilib ki, həmin teplovoz artıq istismar müddətini keç...
Cəmiyyət
Paytaxtın Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.  Üzərində “xuliqanski” yazılan 10-RM-526 dövlət qeydiyyat nömrəli “VAZ”, yolun əks istiqaməti ilə hərəkətdə olan “Opel” ilə toqquşub. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan Dadaşov Mehman 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib,...
Cəmiyyət
Bakıda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak ediblər. Bakucity.az-ın xəbərinə görə, bununla bağlı AZƏRTAC məlumat yayıb.  Bakucity.az
Cəmiyyət
Oktyabrın 9-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.  Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə...
Cəmiyyət
Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları xəsarət alıb. Bakucity.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 7-si saat 08:30-da Qala qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Vüsal Şükürovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı rayon Polis İdarəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü polis serjantı Elton Məmmədovun sürdüyü “Hyundai”la toqquşub. Hadisə...
Cəmiyyət
Bir müddət öncə polisin keçirdiyi əməliyyat zamanı “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun başçılıq etdiyi cinayətkar dəstə üzvləri həbs edilib. Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub. Bu xəbərlərin ardınca sosial şə...
Cəmiyyət
Köçürülmə prosesi niyə tamamlanmır? Bakıda “xruşovka” və fransız layihəli tikililərin sökülməsi davam edir, lakin şəhərdə onlardan daha qədim və daha təhlükəli vəziyyətdə olan binalar da var.  Paytaxtda qəzalı vəziyyətdə olan tikililərdən biri də Səbail rayonu, Arif İsmayılov küçəsi, 6-cı mədən ərazisində yerləşən və bir əsrdən çox yaşı olan binadır ki, sakinlərin buradan köçürülməsi hələ də yekunlaşmayıb.  Bakucity.az məsələyə aydınlıq gətirmək üçün Səbai...
Cəmiyyət
Oktyabrın 7-də Bakıda 18 yaşlı tələbə qız itkin düşüb. Bakucity.az Report-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Fatimə Kəlbəliyeva saat 12:30 radələrində yaşadığı Nərimanov rayonu, Nərimanov küçəsi 11 ünvanından çıxaraq Bakı Biznes və Kooperasiya kollecinə gedib. Daha sonra o, bir müddət orada qalıb və kolleci tərk edərək evə qayıtmayıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Ölkə ərazisində müşahidə olunmuş faktiki hava açıqlanıb. Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 17:00-a olan məlumatına görə, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib. Dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb. Ba...
Cəmiyyət
Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan “Lufthansa” Bakını ayın şəhəri elan edib. Bu barədə Bakucity.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, aviaşirkət Azərbaycanı “Odlar yurdu”, Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib:  “Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxuna...
Cəmiyyət
“Siyahıda Azərbaycan ali təhsil müəssisələrinin adı yoxdur” Müasir dünyanın şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb.  Bunları təhsil üzrə ekspert Kamran Əsədov Bakucity.az-a açıqlamasında deyib. Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Ölkədə ali təhsil müəssisələri məzunlara...
Cəmiyyət
Küçədə meyvə satan şəxsə maddi ziyan vuran icra hakimiyyəti əməkdaşları barədə şikayət edib. Bakucity.az-ın Avtosfer.az-a xəbərinə görə, məlumat verən şəxs bildirib ki, Hövsan qəsəbəsində küçədə meyvə satan zaman altı nəfər ona yaxınlaşaraq meyvə satmasına mane olub. Onlar özlərini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək burada meyvə-tərəvəz satılmasının qadağan olduğunu bildiriblər. Qeyd etdiyimiz şəxslərdən biri sonradan idarə e...
Cəmiyyət
Bakıda ata ögey oğluna işgəncələr verib. Bakucity.az  xəbərinə görə, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsindəki evlərdən birində qeydə alınıb. Belə ki, 28 yaşlı qadın polisə şikayət edərək qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı, 26 yaşlı Rüstəm Bayramovun onun 10 yaşlı oğlu H.İ.-ni mütəmadi olaraq döydüyünü bildirib. Qadın şikayətində qeyd edib ki, R.Bayramov oğlunun bədəninə buz sürtərək çılpaq vəziyyətdə hamam otağında qaranlıq vəziyyətdə saxlayır....
Cəmiyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədə müşahidə olunan və gözlənilən küləkli hava şəraiti ilə bağlı məlumat yayıb.  Nazirlikdən Bakucity.az-a bildirilib ki, oktyabrın 7-si şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində şimal-qərb küləyi əsib və bir sıra rayonlarda güclənib. Bakıda və Abşeron yarımadasında saat 12:00-a olan məlumata görə küləyin maksimal sürəti 16-...
Cəmiyyət
Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00 – dək şimal-qərb, şimal küləyinin sürəti 13 – 18 metr saniyə, arabir 20 – 23 metr saniyə olacaq. Sonrakı inkişafda küləyin sürəti isə 25 – 30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir. Bakucity.az-a daxil olan məlumata görə,  bu barədə Ekologiya və Təbii Sərvətlər...
Cəmiyyət
Bakıda keçmiş məhkum yaşayış binalarının liftlərində qadınlara qarşı seksual xarakterli hərəkətlər edib. Bakucity.az Report-a istinadən xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 38 yaşlı Vüqar Şirinov Sabunçu rayonu, Bakıxanov qəsəbəsində saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Ağac kəsən şirkət cəzalanıb Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların  kəsilməsi faktı ETSN-nin əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb. Bunu Bakucity.az-a ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib: "Sözügedən ünvanda qəzalı vəziyyətdə olan  yataqxana binasının söküntüsü zamanı bir neçə ağac  icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib. Faktla bağlı akt, pr...
Cəmiyyət
Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici seminarlara start verilib.  Bakucity.az xəbər verir ki, təlimdə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarlarda məktəblərin pedaqoji kollektivi, Vll-Xl sinif şagirdləri və valideynlər iştirak edirlər. Seminarlar “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri”, “Valideyn-övlad münasibətləri”, “Valideyn məktəb əmə...
Cəmiyyət
"ASAN Xidmət" Mərkəzində tanışı ilə görüşməyə gedən şəxs itkin düşüb Bakucity.az xəbər verir ki, hadisə oktyabrın 5-də paytaxtın Xəzər rayonu, Albalı yaşayış massivində baş verib. 1991-ci il təvəllüdülü Vasif Hacıyev yaşadığı mənzildən çıxıb və Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "ASAN Xidmət" Mərkəzində Xədicə adlı tanışı ilə görüşüb. O, bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır. (Report.az)
Cəmiyyət
Oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib. Bu barədə Bakucity.az-a Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq...
Cəmiyyət
Son günlər Bakıda qəribə görünüşü ilə diqqət çəkən turist müzakirələrə səbəb olub. Bakucity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə şəxs onun fotosunu sosial şəbəkələrdə paylaşaraq öz fikirlərini bildiriblər. Həmin şəxs üzərində çoxlu pirsinq və tatular, hətta alınında iki buynuzu olan almaniyalı turistdir. 60 yaşlı Rolf Buchholz oktyabrın 3-də Aşqabaddan Bakıya gəlib və paytaxtın bir çox turistik yerlərindən fotolar çəkərək paylaşıb. Almaniy...
Cəmiyyət
Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb. Universitetdən Bakucity.az-a verilən məlumata görə, rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Çoban oğlu Ağamirzəyev Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib. Ali məktəbin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə isə Şahin Məhəmməd oğlu Pənahov təyinat alıb. BDU-nun xarici tələbələrlə iş üzrə dek...
Cəmiyyət
“Vətənə olan sevgi onun ən zəif canlısına verilən dəyərlə ölçülməlidir” “Heyvanlara Münasibətdə Sülhə Çağırış” adlı 1-ci mətbuat konfrans “Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyi və “Yaşıl Patrul” Ekoloji-İctimai Nəzarət Təşkilatı tərəfindən Ümumrespublika Marafonu layihəsi çərçivəsində oktyabrın 4-ü Beynəlxalq Mətbuat Mərkəzinin  (BMM) Dəyirmi zalında keçirilib. Bakucity.az xəbər verir ki, konfransda layihənin rəhbəri, “Alyans” Canlı Aləmin Mühafi...
Cəmiyyət
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov müəllimləri təbrik edib.  Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, polis polkovniki “Müəllimlər günü” münasibətilə bütün təhsil sahəsində çalışan insanlara həyatlarında uğurlar və möhkəm can sağlığı arzulayıb.  “Bu gün hər kəsin cəmiyyətdə normal mövqedən çıxış etməsi  müəllimlərimizin töhvəsidir. Müəllimlər bizim üçün öyrədici olmaqla yanaşı həm də valideynlər olu...
Cəmiyyət
2019-cu ilin sentyabr ayında respublika ərazisində və Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində aparılan müşahidələrin nəticəsi açıqlanıb.  Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Monitorinq və Hidrogeoloji Tədqiqatlar İdarəsindən APA-ya verilən məlumata görə, “Zığ-1” sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirində...
Cəmiyyət
“Masterclass Azerbaijan” layihəsinin rəhbəri Raqif Raufoğlu paytaxtın Ənvər Qasımzadə küçəsində maraqlı bir eksperiment həyata keçirib. Bakucity.az xəbər verir ki, o, sözügedən küçədə parklanma işarəsi olduğu halda, bir saat ərzində əraziyə “parkovşik” kimi nəzarət verib və yığılan pulların hara getməsini araşdırıb.  Maraqlıdır ki, aparıcının orada olduğu müddətdə kimsə ona yaxınlaşaraq küçədə nə etdiyini soruşmayıb. Beləliklə, bununla da aparıcı qanuni pa...
Cəmiyyət
Oktyabrın 5-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən xəbərə görə, axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.  Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65...
Cəmiyyət
“Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” Bakucity.az xəbər verir ki, bu gün “Marriott Abşeron” Bakı mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə Prezident Administrasiy...
Cəmiyyət
BŞBPİ məlumat yayıb Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxda polis əməkdaşlarının sürücüdən rüşvət alması ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə münasibət bildirib. BŞBPİ-nin Mətbuat xidmətindən Bakucity.az-a bildirilib ki, yayılan videogörüntü ilə hazırda araşdırma aparılır, təfərrüatları ilə bağlı məlumat veriləcək. Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, Bakı şəhəri, Ziya Bünyadov küçəsində polis əməkdaşı sürücünü cərimə y...
Cəmiyyət
Bakının avtomobil bazarında hazırda vəziyyət stabildir, satışlarda heç bir artım və ya azalma müşahidə olunmur Bu fikirləri Bakucity.az-a nəqliyyat eksperti Elməddin Muradlı deyib.  Ekspert bazarda qiymətlərin nisbətən ucuzlaşdığını diqqətə çatdırıb. “Ucuzlaşma daha çox ikinci əl və dizel mühərrikli avtomobillərin qiymətində müşahidə edilir. Son zamanlar dizel mühərrikli avtomobillərin ölkəyə gətirilməsi də sürətlənib. Buna səbəb isə bu cür avtomobillərə t...
Cəmiyyət
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub Bakucity.az-ın Report-a istinadən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib. Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis...
Cəmiyyət
Bakıda fiziki sağlamlığı məhdud şəxslərin  iş tapmaları mümkündürmü? Azərbaycanda fiziki sağlamlığı məhdud şəxslərin işə götürülməsi üçün dövlət qurumları üçün kvotalar hazırlanıb. Bu kvotalar pozulduğu təqdirdə müəssisəyə 500-2000 manat cərimə tətbiq edilir. Bugünkü materialda Bakucity.az Bakıda əlillərin sosial müdafiəsinin nə dərəcədə səmərəli inkişaf etdiyini, onların işlə təmin olunması və əlillər üçün hansı şəraitin yaradılmasını araşdırıb. “Beynəlxa...
Cəmiyyət
Təbriz-Bakı aviareysi yenidən açılacaq. Bakucity.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib.  Sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır, ləğv olunub. Səfir həmçinin bildirib ki, Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda “Khaza”, “Rana” və “Dena” markalı avtomobillər istehsal olunur.  “Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək. Zavo...
Cəmiyyət
Oktyabrın 4-də Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bu barədə Bakucity.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 18-20, gündüz 26-28 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Oktyabrın 3-də “Park İnn” hotelinin “Dan ulduzu” zalında əlilliyi olan gənc­lərin problemləri ilə bağlı beynəlxalq konfrans keçirilib Bakucity.az xəbər verir ki, konfransda Azərbayc­an, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacik­istan, Özbəkistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Latviya və Litvanın dövlət qurumlarının nümayən­dələri, dövlət və qe­yri-dövlət reabilita­siya mərkəzlərinin rəhbərləri, media və vətəndaş cəmiyyətin­in nümayəndələ...
Cəmiyyət
Bakı Metropolitenində ən uzun eskalator “Xətai” stansiyasında quraşdırılıb. Bakucity.az-ın məlumatına görə, bunu “№Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov deyib. Onun sözlərinə görə, həmin eskalatorların uzunluğu 100 metr, hündürlüyü isə 48 metrdir. Z.Hüseynov həmçinin qeyd edib ki, metropolitendə təhlükəsizliyi təmin etmək üçün bir sıra işlər görülüb. Bakucity.az
Cəmiyyət
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib Bakucity.az xəbər verir ki, baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz ak...
Cəmiyyət
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin ölümlə təhdid olunması ilə bağlı məlumat yayıb. Bakucity.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid ol...
Cəmiyyət
Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb. Bakucity.az Trend-ə istinadən xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun sözlərinə görə, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib. N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərz...
Cəmiyyət
Paytaxtın Sabunçu rayonunda döyülmə faktı qeydə alınıb. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində ailə münaqişəsi zəmnində ər həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əminova Zəkiyə Habil qızını döyərək xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Z.Əminovaya qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir. İlkin məlumata görə, 3 ay əvv...
Cəmiyyət
Mahaçqala və Bakı arasında sürət qatarının buraxılması planlaşıdırılır. Bakucity.az xəbərinə görə, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında bildirib. V.Vasilyev deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur. V.Vasilyev həmçinin əlavə edib ki, sürət qatar...
Cəmiyyət
“Payız fəslinin ikinci ayı, oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başlayıb”.  Bakucity.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, havanın temperaturu iqlim norması daxilində tərəddüd edir:  “Yaxın günlərdə də komfort temperatur şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş əhval yaradacaq. Ayın 7-dək cən...
Cəmiyyət
Bakıda 11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb. Bakucity.az-ın xəbərinə görə, bu barədə Oxu.Az-a tələbənin atası Əfqan Cəfərov məlumat verib. Onun sözlərinə polislər oğlunun yerini müəyyənləşdirib: “Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək”. Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ö...
Cəmiyyət
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb Bakucity.az xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “Report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib. O bildirib ki, əvvəlki abidə yararsız halda olub:  “Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən...
Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi “Qış bulvarı”nın altındakı yeraltı dayanacağa görə məhkəməyə verilib Bakucity.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi Rayon Bələdiyyəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək BNA-ya qarşı iddia qaldırıb. Bələdiyyə tələb edib ki, yeraltı dayanacaqda park üçün edilən ödənişdən hər maşına görə 10 qəpik də onlara verilsin. Lakin məhkəmə hesab edib ki, tələbin məzmunu aydın deyil və elektron qayda...
Cəmiyyət
Oktyabrın 3-də Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən xəbərə görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Havanın temperaturu gecə 18-20, gündüz 24-26 dərəc...
Cəmiyyət
Ailəvi tətillər və yaddaqalan fotosessiya üçün əla məkan Bakucity.az saytı yeni layihəsində paytaxt sakinləri və şəhərimizin qonaqları arasında xüsusi populyarlıq qazanan parklar barədə reportajlar hazırlayıb oxucularının diqqətinə çatdıracaq. Layihə çərçivəsində oxuculara Bakı parklarının tarixçəsi, hazırkı vəziyyəti və infrastrukturu barədə məlumatlar veriləcək, eləcə də bu parklardan fotoreportajlar hazırlanacaq. İlk olara paytaxtın ən qədim parklarında...
Cəmiyyət
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində doğuş zamanı körpə ölüb.  Bakucity.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə 4 saylı doğum evində qeydə alınıb. Ələt qəsəbə sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova doğuş sancıları və uşaqlıq qanaxması ilə doğum evinə daxil olub.  Doğuş zamanı körpə ölüb. İlkin məlumata görə, uşaq ölü doğulub.  Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Bakının Maştağa qəsəbəsində yerləşən 293 nömrəli məktəbin direktoru Vaqif Tarverdili vəfat edib Bakucity.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 60 yaşlı direktor məktəbdə əsəbləşdiyi üçün insult keçirərək komaya düşüb. O, 3 saylı şəhər klinik xəstəxanaya çatdırılsa da, orada keçinib. Qeyd edək ki, Vaqif Baba oğlu Tarverdili sözügedən məktəbə ötən il direktor təyin olunmuşdu. Bakucity.az
Cəmiyyət
Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb Bakucity.az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya  Ə. Cəfərovun atası Əfqan Cəfərov məlumat verib. O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib: “Əsədulla Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. Çox tərbiyəli uşaqdır. İndiyədək hər hansı səhv hərəkəti olmayıb. Bu il onun təhsil haqqını ödəyə bilməd...
Cəmiyyət
Sentyabrın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İşçi Qrupun iclasını keçirilib. İclasda ötən müddət ərzində şəhər planlaşdırmasında görülən işlər araşdırılıb, beynəlxalq və yerli ekspertlərin ilkin rəyləri müzakirə olunub. İclas zamanı komitənin sədr müşaviri Rüfət Mahmud bildirib ki, Bakının gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək baş plan hazırlanır. Bəs görəsən Bakının Baş planı bizi nə ilə təəccübləndirəcək?  Bakucity.az...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?