usd:
1,70 ₼
eur:
1,98 ₼
Bu gün
+24... 27 °С
Buludsuz, yağmursuz
Sabah
+24... 27 °С
Buludlu, yağmursuz
Bu gün
+24... 27 °С
Buludsuz, yağmursuz
Sabah
+24... 27 °С
Buludlu, yağmursuz
Filters
Filters
Kriminal
Deputat Abdikadir Fərəh Əhmədi qətlə yetirib. Somalinin cənubunda bir qrup naməlum şəxs Hirşabella Ştatından olan deputat Abdikadir Fərəh Əhmədi qətlə yetirib. BakuCity.az xəbər verir ki, millət vəkili Orta Şabelle bölgəsinin Couhar qəsəbəsindəki evinin qarşısında güllələnərək öldürülüb. Hadisə yerindən qaçan cinayətkarların axtarışı istiqamətində işlər aparılır. (azsabah.com) BakuCity.az
Cəmiyyət
Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər. BakuCity.az xəbər verir ki, Millin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. V.Əhmədov bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir: "Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də, uşaqpulu verilməsə də olar. Amma elə müavinətlər var ki onları verməmək də olar. Uşaq...
Siyasət
Nikol Paşinyanın həbs fotoları yayılıb. Erməni fotojurnalist Qaqik Şamşyan öz “Facebook” səhifəsində 2010-cu il noyabrın 19-da Ermənistanın Araqatsotn vilayətinin ümumi yurisdiksiya məhkəməsində “Haykakan jamanak” qəzetinin baş redaktoru, siyasi məhbus Nikol Paşinyanın mətbuat konfransından arxiv fotolarını paylaşıb. Xatırladaq ki, Nikol Paşinyan 2008-ci il martın 1-dən sonra axtarışda olaraq ömrünün 1 il dörd ayını gizlənməkdə keçirib. BakuCity.az xəbər v...
Cəmiyyət
Təhsil Nazirliyində müəllimlərin maaşı məsələsinə toxunulub.  Təhsil Nazirliyinin rəsmi "Facebook” hesabında yeni tədris ili ilə bağlı gedən müzakirələrdə müəllimlərin maaşı məsələsinə də toxunulub.  BakuCity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin bildirdiyinə görə, hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsir göstərməyəcək. "Mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçi...
Cəmiyyət
“Hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir”. BakuCity.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin iştirakı ilə keçirilən onlayn konfransda deyib. Emin Əmrullayevin sözlərinə görə, ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır. Nazir təhsil adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının...
İdman
Şimali Makedoniyanın "Sileks" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində"Qarabağ"la matç üçün Azərbaycana  yollanıb.  BakuCity.az xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Bakıya səfər edir. Nəşr Bakıya yollanan heyətdə itkinin olmadığını vurğulayıb.  Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Mold...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri qlobal “ClimateLaunchPad” yarışmasının milli finalçıları oldu. BakuCity.az xəbər verir ki, Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələrinin (Aytən Sədirova, Ağamirzə Fətəliyev, Gülay Əkbərova, Fazil Məmmədli) “Escanergy" layihəsi 10 yerli layihə arasından 2-ci yerə layiq görülüb. Bununla da onlar yarışmanın beynəlxalq Finalında iştirak hüququ qazanıblar. “Escanergy" layihəsi eskalatorla...
Cəmiyyət
Baş Prokurorluq “Instagram”da vətəndaşların suallarını cavablandıracaq. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində saat 09:00-dan 15:00-dək sual-cavab sessiyası keçiriləcək. Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә müraciәt edә bilәr. (qafqazifo) BakuCity.az
Ekologiya
Bakıda 18 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 26-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 6...
Hadisələr
Ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.  BakuCity.az xəbər verir ki, Samux rayonunun Çobanabdallı kəndində "Mercedes" markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşub. Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər.  Qəza...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?