usd:
1,70 ₼
eur:
1,92 ₼
Bu gün
+27... 29 °С
Buludlu, yağmursuz
Sabah
+27... 28 °С
Buludlu, yağmursuz
Bu gün
+27... 29 °С
Buludlu, yağmursuz
Sabah
+27... 28 °С
Buludlu, yağmursuz
Filters
Filters
Kriminal
Bakıda qadına “dovşansan” deyən polis işdən qovulub. İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. BakuCity.az xəb...
Biznes
Direktor Bakıdakı yeni zooparkın açılışından danışıb. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi bir çox sahələr kimi, Bakı zooparkının işinə də təsir edib. Hazırda zooparkda ümumi vəziyyət necədir? İşə çıxan əməkdaşların sayına məhdudiyyət varmı? Yeni zoopark nə vaxt vətəndaşların ixtiyarına veriləcək? BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynov açıqlama verib. A.Hüseynov bil...
Hadisələr
Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Hövsan-Türkan yolunda qeydə alınıb. Qəza nəticəsində 2000-ci il təvəllüdlü Məmmədli Hüseyn Novruz oğlu, 1991-ci il təvəllüdlü Mayılov Cəbrayıl Fərahim oğlu, 1999-cu il təvəllüdlü Umudov Orxan Həsən oğlu, 2000-ci il təvəllüdlü Əhmədov Ruslan Elşən oğlu və 17 yaşlı Zeynallı Əkbər Əbülfəz oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi y...
Kriminal
İctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar. Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib. BakuCity.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb. Maskanı...
Cəmiyyət
Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirib. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. BakuCity.az xəbər verir ki, iyunun 7-də vətəndaş Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib. 102 xidməti dərhal məsələyə reaksiya verib və müraciət Nərimanov rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov rayon...
Cəmiyyət
Bakıda polis hamilə qadını xəstəxanaya çatdırıb. Bakının Xətai rayonunda hamilə qadına ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən köməklik göstərilməklə onun vaxtında xəstəxanaya çatdırılması təmin edilib. DİN-dən BakuCity.az-a verilən məlumata görə, qadının həyat yoldaşı əvvəlcə ərazidə xidmət aparan polislərə bu barədə məlumat verib.  Polislər dərhal xidməti avtomobillə qadını və onun həyat yoldaşını xəstəxanaya aparıblar....
Cəmiyyət
Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı deyilir. İddia edilir ki, xəstələr COVID-19-a yoluxanlardır. Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, təmsil etdi...
Cəmiyyət
Həftəsonu sərt karantin rejimi tətbiq olunmayacaq. İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil. BakuCity.az xəbər verir ki, bunu açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. İbrahim Məmmədov qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiq...
Kriminal
Ötən gün Bakının Yasamal rayonunda yaşayış məntəqəsində polisin başına zibil atanlar tutulub. BakuCity.az xəbər verir ki, iyunun 7-də sərt karantin rejimi zamanı Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakinləri polisin üstünə zibil torbaları atıblar. Keçirilən əməliyyat zamanı həmin əraziyə polis əməkdaşları cəlb olunub. Onlar binaya daxil olaraq bir neçə nəfəri saxlayıblar. (baku.ws) BakuCity.a...
Ekologiya
9 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, 9 iyunda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  30-35, Bakıda  gecə 19-21, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.    BakuCity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?