Xəbərlər Bakı
Filters
Filters
Kriminal
10:45, 4 avqust 2020
Sürücü yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib. BakuCity.az xəbər verir ki, Saatlıda anadan olmuş Abbasov Elmir İsrail oğlu idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib. Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi i...
Cəmiyyət
09:44, 4 avqust 2020
Fəttah Heydərov dünyasını dəyişib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (BakuPost) BakuCity.az
Cəmiyyət
09:17, 4 avqust 2020
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər. BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir. Sakinlər bildirirlər ki, tiki...
Cəmiyyət
09:01, 4 avqust 2020
"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". BakuCity.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, əldə olunan nəticələr iyunun 21-dən etibarən tətbiq edilən karantin rejiminin və vətəndaşların buna əməl etməsinin nəticəsidir: "Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi y...
Ekologiya
08:31, 4 avqust 2020
Qubada zəlzələ baş verib. BakuCity.az xəbər verir ki, yeraltı təkanlar saat 4:52-də qeydə alınıb. Zəlzələ təxminən 3,5-4 maqnitudada baş verib. Yeraltı təkanlar hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur. (report) BakuCity.az
Hadisələr
11:59, 3 avqust 2020
Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub. BakuCity.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmi...
Cəmiyyət
11:54, 3 avqust 2020
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır. BakuCity.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb. Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı ü...
Cəmiyyət
10:55, 3 avqust 2020
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. N. Seyidov bildirib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb kimi göstərilmir:...
Cəmiyyət
10:00, 3 avqust 2020
Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb. BakuCity.az xəbər verir ki, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ-dan gətirilən qırmızı soğanın tərkibində Salmonella bakteriyası ola biləcəyini xəbərdar edib. Agentlik, iyun ayından bəri cəmi 5 ştatda bir çox hadisənin təsbit edildiyini və xəstəlik adətən 6 ilə 72 saat arasında təsir göstərdiyini bildirib. Qeyd olunur ki, bu virus daha dəhşətli ola bilər. (sonxeber.az) BakuCity.az
Cəmiyyət
09:03, 3 avqust 2020
Bakıda çimərliklərdəki yerlər üçün onlayn sifariş sistemi istifadəyə verilib. BakuCity.az xəbər verir ki, test rejimində işləyən cimerlik.az portalına bu günə qədər ümumilikdə 1500 yer olmaqla Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub. Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan...