usd:
1,70 ₼
eur:
1,88 ₼
Bu gün
+6... 7 °С
Buludsuz, yağmursuz
Sabah
+8... 10 °С
Buludlu, yağmursuz
Bu gün
+6... 7 °С
Buludsuz, yağmursuz
Sabah
+8... 10 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Siyasət
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilir. BakuCity.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Macarıstanın Baş naziri Viktor Orban iştirak edəcək...
Hadisələr
Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə Moskva prospekti, "Şamaxinka" deyilən ərazidə qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan sərnişin avtobusu "Toyota" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, "Toyota"ya ziyan dəyib, avtobusun sürücüsü isə sərnişinləri düşürərək digər nəqliyyat vasitəsinə əyləşməyi xahiş edib. Qəza səbəbindən söz...
Cəmiyyət
Bakının daha bir neçə küçəsində rənglənmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, Gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərin...
Cəmiyyət
Bu gün Bakının iki qəsəbəsinin qaz təminatında fasilə yaranacaq. Bu barədə BakuCity.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, saat 10:00-dan etibarən Suraxanı rayonu, Yeni Suraxanı və Bül-Bülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərə qazın verilişində məhdudiyyət olacaq. BakuCity.az
Cəmiyyət
Bakı şəhərinin Nizami rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bu barədə BakuCity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. BakuCity.az
Mədəniyyət
Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur. Mədəniyyət Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bu münasibətlə oktyabrın 15-də Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında nazirliyin dəstəyi və “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 ill...
Cəmiyyət
Landmark Hotel Baku-da XIV “Baku Jazz Festival”ın başlanması münasibətilə mətbuat konfransı keçirilib. BakuCity.az xəbər verir ki, illik caz musiqisi festivalının təşkilatçıları jurnalistlərə qarşıdakı tədbirin proqramı, iştirakçıları və "I am Jazzman" müsabiqəsi barədə məlumat veriblər. Festivalın direktoru Leyla Əfəndiyeva qeyd edib ki, bu il festival çərçivəsində 25-dən çox konsert, master-klass, seminar, caz filmləri günləri, həmçinin üç festival günü...
Hadisələr
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonu Z.Əhmədbəyov küçəsində qeydə alınıb. Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi, Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Yuri Şirkova məxsus 800 manat dəyərində velosiped naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqa...
Hadisələr
Bakıda gecə klubunda gənc qızlar arasında dava düşüb. BakuCity.az “Report”a istinadən məlumat verir ki, hadisə Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən gecə klubunda baş verib. Belə ki, 2000-ci il təvəllüdlü N.Qurbanova həmyaşıdı A.Qasımova ilə əlbəyaxa dava edib. Dava klubdakı müştəri oğlana görə olub. Hər iki qadın xuliqanlıqda şübhəli bilindikləri üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. BakuCity.az
Cəmiyyət
“Bakıda daha yaxşı şərait olsaydı, qalmaq istəyərdim” BakuCity.az paytaxt sakinləri arasında sorğu keçirib. Bakıdan başqa hansı şəhərdə yaşayardınız? - sualına cavab verən paytaxt sakinləri Avropanın müxtəlif şəhərlərinin adını çəkiblər. Videosorğunu təqdim edirik: Ramilə Qardaşxanqızı Video: Nicat Alili Bakucity.az
Want to add bakucity.az to your home screen and stay up to date with the news?