usd:
1,70 ₼
eur:
2,00 ₼
Bu gün
+24... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+24... 29 °С
Buludsuz, yağmursuz
Bu gün
+24... 28 °С
Buludsuz, yağmursuz
Sabah
+24... 29 °С
Buludsuz, yağmursuz
Filters
Filters
Cəmiyyət
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri...
Cəmiyyət
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. BakuCity.az koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur...
Ekologiya
Bakıda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  28-32,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70,...
Cəmiyyət
Azərbaycanda tanınmış aparıcıya vəzifə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. BakuCity.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” b...
Cəmiyyət
Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad q...
Cəmiyyət
Xəbər verditimiz kimi, sərtləşdirilmiş xüsusi karantin rejimi 31 avqustadək davam edəcək. BakuCity.az xəbər verir ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq: • Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları. Sərtləşdirilmiş xüsusi k...
Mədəniyyət
Bu gündən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarda da ödəmə terminallarından istifadə üçün açıq olacaq. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” metro stansiyasının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcəklər. Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələ...
Cəmiyyət
Polislər sanki cinayətkarları təqib edir… Yox, gördükləriniz amerika kinosu deyil. Görüntülər Baku TV əməkdaşları tərəfindən paytaxtda qeydə alınıb. Təsəvvür edin bir gün həmişə gedib-gəldiyiniz, hər gün istifadə etdiyiniz yoldan keçirsiz və polis əməkdaşları sizi saxlayıb cərimələyir. Ceyhun Səlimov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsi, DYP əməkdaşlarının isə gəlir mənbəyi. Bəli düz eşitdiniz gəlir mənbəyi... Əbəs yerə bu sözü işlətmirik. Çünki g...
Hadisələr
Bakıda 24 yaşlı oğlan dənizdə boğulub. BakuCity.az FHN-ə istinadən xəbər verir ki, hadisə dünən qeydə alınıb. Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.  Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrah...
Kriminal
Pirşağı çimərliyində qadına söz atmaq üstündə dava düşüb. BakuCity.az xəbər verir ki, dünən Pirşağı çimərliyinə istirahətə gələnlərdən birinin digər şəxsin yanında olan qadına söz atması əvvəlcə mübahisə, sonra isə dava ilə nəticələnib. Tərəfləri ətrafdakların köməyi ilə sakitləşdirmək mümkün olub. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.  BakuCity.az
Cəmiyyət
Suraxanıda 18 kilometr yolda yenidənqurma işləri aparılır. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Suraxanı rayonu Əmircan və Hövsan qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 18 kilometr uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. BakuCity.az Agentliyə istinadən xəbər verir ki, aparılan təmir-tikinti iş...
Cəmiyyət
Paytaxt çimərliklərdə son vəziyyət. Xəbər verdiyimi kimi, avqustun 5-dən Nazirlər Kabinetinin qərarı ilə çimərliklərin fəaliyyətinə icazə verilib. Sakinlər sosial məsafəni gözləmək, karantin qaydalarına riayət etməklə dəniz kənarında istirahət etmək imkanı əldə ediblər.  BakuCity.az xəbər verir ki, Cimerlik.az saytına daxil olmaqla hansı çimərlikdə kvotaların olması barədə məlumat əldə edən paytaxt sakinləri təmizliyin gözlənildiyini, təhlükəsizliyin təmin...
İdman
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıya gəlib. BakuCity.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” -  “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək. 64 yaşlı baş məşqçi koronavirus testi verib və analizinin nəticəsinin neqativ olması barədə müvafiq sənədi var. Canni De Byazi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə üns...
Cəmiyyət
Son bir həftədə Azərbaycanda koronavirusa gündəlik yoluxma sayında azalma müşahidə olunur. BakuCity.az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi infoqrafika yayıb. Belə ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa,  avqustun 9-da bu rəqəm 87-yə düşüb. Xatırladaq ki, hazırda ölkədə 2 714 aktiv koronavirus xəstəsi var. Bu günə qədər koronavirusa yoluxanların sayı 33 568 nəfər təşkil edib ki, onlardan 30 364 nəfəri art...
Hadisələr
Dənizdə bir neftçi itkin düşüb. “Ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlu gündüz növbəsində olan zaman növbənin sonunda saat 19:00 radələrində iş yoldaşları tərəfindən onun özüldə olmadığı müəyyən edilib”. BakuCity.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələ...
Ekologiya
Bakıda 11 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24,  gündüz  29-33,  Bakıda  gecə 22-24, gündüz  30-32 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşk...
Kriminal
Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalanıb. Xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduğu statusla bir araya sığmayan hərəkətlərə yol verən, tutduğu vəzifədən öz şəxsi mənafeləri naminə istifadə edən, bu cür hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir. BakuCity.az xəbər verir ki, bunu...
Cəmiyyət
Həbs olunan general-leytenant ev dustaqlığına buraxılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb. BakuCity.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. Həmçinin oxu: DSX-nin həbs edilən vəzifəliləri açıqlanıb - ADLAR Qeyd edək ki, Ə.Nağıyev və Sahil-Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş...
Ekologiya
Şix çimərliyinin bir hissəsinin abadlaşdırılması ilə bağlı paylaşılan müqayisəli fotolar sosial şəbəkələrdə maraqla qarşılanıb. BakuCity.az xəbər verir ki, paylaşımı Saleh Nəsirov adlı istifadəçi edib. Saleh Nəsirov qeyd edib ki, hər iki fotoda eyni ərazi olsa da, fərqli mənzərə var: “Yuxarıdakı şəkil: xaos, bardak, tərbiyyəsizlik, mədəniyyətsizlik, hörmətsizlik, cahillik və antisanitariya, aşağıdakı şəkil: cənnət. Bu şəkil sübüt edir ki, əgər ya...
Biznes
Paytaxtda fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilib. COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı və Abşeronda 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndiril...
Cəmiyyət
Rayonlara gediş-gəliş qaydaları müəyyənləşib Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə giriş-çıxış qaydaları müəyyənləşib. BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən sərt karantin rejimin tətbiq olunan şəhər və rayonlara giriş-çıxış aşağıdakı qaydalara uyğun olaraq həyata keçiriləcək: – Yaxın qohumunun dəfnində iştirak...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Mikayılov Mikayıl Mirzəbala oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton səkiyə çırpılıb. Hadisə zamanı M.Mikayılov müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılı...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, paytaxt çimərlikləri avqustun 5-dən istifadəyə verilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma riskini artırır. Bakı Şəhər İcr...
Cəmiyyət
BNA pandemiya zamanı görülən işlərlə bağlı əhaliyə müraciət edib. Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakuCity.az-a bildirilib ki, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin,...
Kriminal
Paytaxtın Suraxanı rayonunda qardaş qardaşı öldürüb. Avqustun 8-də Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. BakuCity.az xəbər verir ki, Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Ci...
Hadisələr
Bakıda polisə soyuq silahla xəsarət yetirilib. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Polis əməkdaşı oğurluq edən şəxsi yaxalayan zaman cinayətkar ona bıçaq zərbəsi endirib. Nəticədə polis həyatını qorumaq və oğurluq edən şəxsin ərazidən qaçmasının qarşısını almaq üçün öncə havaya, daha sonra ona atəş açıb. Ayağından güllə yarası alan 1994-cü il təvəllüdlü Elşad Əsədov və hüquq mühafizə orqanın əməkdaşı 3 saylı Şəhər Klinik Xəstəx...
Siyasət
"Azərbaycan Ordusu daha güclüdür və yaxşı təchiz olunub, amma..." Rusiya Hərb Elmləri Akademiyasının rəyasət heyətinin üzvü, hərb elmləri doktoru, bir sıra müharibələrin veteranı, general-leytenant Sergey Çvarkova görə, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün deyil. Amma Rusiyanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü siyasətin sayəsində az qala 30 ildir ki, münaqişə nəzarət altındadır və onun ifrat kəskinləşməsinə imkan verilmir. “Dağlıq Qarab...
Kriminal
Ermənilər Gürcüstanda iğtişaşlar törədib, 5 bina yandırılıb. Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. BakuCity.az xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub. Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gənc...
Ekologiya
Bakıda 9 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Ab...
Cəmiyyət
"17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bəpa olunması müzakirə olunur. Bundan bir həftə sonra isə rayonlara gediş-gəlişin bərpa edilməsi istiqamətində fikir mübadiləsi aparılır". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövs...
Cəmiyyət
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində deyib. Şahmar Mövsümov bildirib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna gör...
Cəmiyyət
“İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib. Şahmar Mövsümovun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq a...
Cəmiyyət
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandı...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib. Qurumdan BakuCity.az-a verilən məlumata görə, Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qər...
Cəmiyyət
“Sədərək” və “Binə” ticarət mərkəzi bağlı qərar qəbul edilib. Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilməyib. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb. (report) BakuCity.az
Cəmiyyət
COVID-19 infeksiyasının ürəyə təsirləri barədə aparılan elmi tədqiqatın nəticələri məlum olub. BakuCity.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib. Nuran Abdullayevin sözlərinə görə, virusun ürəkdə yaratdığı problemlərlə bağlı müxtəlif elmi tədqiqatlar aparılsa da, son günlər bununla bağlı çox vacib məqamlara toxunulan el...
Cəmiyyət
Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. BakuCity.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı ik...
Cəmiyyət
Paytaxtın Suraxanı rayonu ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. BakuCity.az xəbər verir ki, son 10 ayda Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu dövr ərzində əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə rayonun qəsəbələrində 485 000 kv.m o cümlədən, Hövsan qəsəbəsində Südçülük sovxozu adlandırılan yaşayış sahəsində 18 000 kv.m, Donuzkökə...
Cəmiyyət
Azərbaycanda koronavirusa 129 yeni yoluxma qeydə alınıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onl...
Cəmiyyət
Yay mövsümünün bitməsinə az vaxt qalmasına baxmayaraq, Bakıda kirayə qiymətləri yüksəkdir. BakuCity.az xəbər verir ki, ötən illə müqayisədə bu il bağ evlərinin kirayə qiymətləri 2-3 dəfə artıb. Tətbiq olunan karantin rejimi, rayonlara gediş-gəlişin məhdudlaşdırılması Bakıda istirahət etmək istəyənlərin bağ evlərinə tələbatını artırıb. Tələbatın artdığını görən əmlak sahibləri isə qiymətləri yüksəldirlər. Hazırda Bakıda bağ evlərinin günlük kirayə qiymətlər...
Cəmiyyət
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq. Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti müvvəqəti olaraq dayandırılır. Bu barədə BakuCity.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Məlumata görə, qatarlar avqustun 10-dan noyabrın...
Cəmiyyət
Bakı sakinləri operativ qərargahdan və TƏBİB-dən nrazıdırlar? Bəlli olduğu kimi, martın 24-dən ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunur. Buna müvafiq olaraq, xidmət sahələri, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Elə bu səbəbdən də minlərlə insan müvəqqəti də olsa işini itirib. Son günlər koronavirusa yoluxma dinamikasının aşağı düşdüyü müşahidə edilir. Ciddi karantin rejiminin yumşaldılması səbəbi ilə ölkə ərazisində SMS icazə sistemi l...
Cəmiyyət
"Ölkə üzrə təxminən 13 min insanın 190 manatlıq birdəfəlik ödəmədən sonra yenidən bu dəstəkdən yararlanması ləğv edilib". BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. Sahil Babayevin sözlərinə görə, onlardan 3 minində müxtəlif gəlir mənbələri aşkar edilib: "Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı...
Cəmiyyət
“Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”. BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Prezident bildirib ki, sahibkar...
Ekologiya
Bakıda 8 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz  32-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz...
Cəmiyyət
Azərbaycanda kafe və restoranların açılması gözlənilir. "Qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS icazə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunduqdan sonra şəxslər sərbəst hərəkət edə bilirlər". BakuCity.az xəbər verir ki, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti...
Cəmiyyət
"Azərbaycanda pensiya alanların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya alması hədəflənir". BakuCity.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. Sahil Babayev bunun birbaşa əməhaqqı bazarından asılı olduğunu deyib. "Əməkhaqları tam leqallaşmalı və burdan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir", - deyə nazir bildirib. BakuCity.az
Cəmiyyət
"Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər”. BakuCity.az xəbər verir ki, bunu Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R. Mahmudov koronavirus xəstələriylə işləyən həkimlərin maaşlarının verilməməsinə etirazını bildirib: “TƏBİB həkimlərin çoxunun əmək haqqısını verməyib. Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpış...
Cəmiyyət
Azərbaycanda koronavirusa 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər sağalıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3787-dir. ...
Cəmiyyət
Paytaxtdakı çimərliklər fəaliyyətə başlayıb. Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın rayonlarındakı bütün ictimai...
Cəmiyyət
Sosial şəbəkələrdə ən çox müzakirələrə səbəb olan paytaxt binası. Bakının Günəşli qəsəbəsində illərdir sakinlərin yaşadığı binanın üzərində yenidən əlavə mərtəbənin tikilməsi ictimai müzakirələrə səbəb olub. Həmin binada yaşayan bir neçə sakin də bundan narazılığını bildirib. BakuCity.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək məsələ ilə bağlı tikinti işlərini aparan şirkətdən münasibət öyrənib. Tikintini həyata keçirən "A.R.&Ko"...
Cəmiyyət
Sosial şəbəkələrdə video yayan həkim cəzalandırılıb. Qazax rayon Təcili Tibbi Yardım Xidmətinin həkimi sosial şəbəkələrdə video yayaraq, Təcili Yardım binasının yararsız vəziyyətdə olması ilə bağlı iddialar səsləndirib. Sözügedən hadisədən sonra həkimin TƏBİB tərəfindən şiddətli töhmət alması ilə bağlı məlumat yayılıb. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva faktı təsdiqləyib. “Qazax RMX-nın məluma...
Ekologiya
Bakıda 6 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  27-31, Bakıda  gecə 22-24, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma...
Cəmiyyət
Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri hazırdır. BakuCity.az xəbər verir ki, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşdiriləcək. Bununla bağlı müzakirələr yekunlaşmaq üzrədir. Həmçinin oxu: General-mayor Həşimov Polad şəhid olub Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrindən birinə onun adının verilməsi...
Cəmiyyət
Karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilən qruplar tərəfindən paytaxtı  rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər t...
Cəmiyyət
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. İqtisadiyyat Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək m...
Kriminal
Bakıda 1 milyonluq qızıl oğurlanan ev kimindir? Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1 milyon manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub. BakuCity.az xəbər verir ki, bununla bağlı məlumat Daxili İşlər Nazirliyindən verilib. Məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınma...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, 13 şəhər və rayonda şərh karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Sərt katantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Aprel-may ayında bütün bölgələr üzrə 190 manat bir dəfəlik müavinət verilsə də iyun ayında yalnız sərt karantin rejimi tətbiq edilən rayonlarda qeydiyyatda olanlara verildi. Elə insanlar var ki, sərt karantin rejimi tətbiq edilməyən rayonda qeydiyyatda olsa da, Bakıda yaşayır və işsizdir. A...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb. BakuCity.az xəbər verir ki, Bakı ilə yanaşı, ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmçinin oxu: Bakıda sərt karantin rejimi uzadıldı Xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və D...
Cəmiyyət
Sərt karantin rejimi yumşaldılıb. Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə olunur. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanla...
Cəmiyyət
Koronavirusu dünyaya yayan əsas ölkənin Çin olmadığını açıqlanıb. Koronavirusun Çinin Uhan şəhərindən dünyaya yayıldığı artıq hər kəsə bəllidir.  Ancaq ABŞ Xəstəliklərin Nəzarəti və Qorunması Mərkəzi tərəfindən aparılan bir araşdırma sensasiya doğuracaq nəticə ortaya çıxarıb. BakuCity.az xəbər verir ki, ABŞ alimləri koronavirusu dünyaya yayan əsas ölkənin Çin olmadığını açıqlayıblar. Araşdırmada virusun qaynağı haqda konkret bir söz deyilməsə də, koronavir...
Kriminal
Paytaxtda tanışını qətlə yetirən şəxs tutulub. Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub. BakuCity.az xəbər verir ki, Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətl...
Ekologiya
Bakıda 5 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-32, Bakıda gecə 22-24, günd...
Cəmiyyət
Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirus infeksiyasının artmasına səbəb ola bilər. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. H. Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: “Lakin nəzərə almaq lazım...
Cəmiyyət
Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır. BakuCity.az xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün...
Cəmiyyət
Bolqarıstan millisinin futbolçusu Martin Raynov "Neftçi"nin maraq dairəsinə düşüb. BakuCity.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb. Amma tərəflər ortaq məxrəcə gələ bilmədiyindən, danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var. Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oy...
Cəmiyyət
Azərbaycanda koronavirusun daha çox təsir etdiyi sahələr açıqlanıb. Koronavirus təkcə can almaqla bitmir. Pandemiya bütün dünya ölkələrində olduğu kimi Azərbaycan iqtisadiyyatına da ziyan vurub. BakuCity.az xəbər verir ki, on minlərlə insan işini itirib. Koronavirusun təsir etdiyi sahələri isə saymaqla bitməz. Bunlardan biri də turizm sektorudur.  Bəlkə də dildə asan səslənsə də, amma bu sahədə nə qədər insanın çalışdığını nəzərə alsaq, məsələnin daha cidd...
Cəmiyyət
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub. BakuCity.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə və Sənaye naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddi...
Cəmiyyət
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir. • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cüml...
Cəmiyyət
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub. BakuCity.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar. Həmçinin oxu: Fəttah Heydərov vəfat etdi Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (qafqazinfo) BakuCity.az
Kriminal
Sürücü yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.  BakuCity.az xəbər verir ki, Saatlıda anadan olmuş Abbasov Elmir İsrail oğlu idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.  Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi i...
Cəmiyyət
Fəttah Heydərov dünyasını dəyişib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. (BakuPost) BakuCity.az
Cəmiyyət
Nəsimi rayonu, Abbas Səhhət küçəsinin  sakinləri evlərinin qanunsuz sökülməsinə etiraz ediblər.  BakuCity.az xəbər verir ki, sakinlər bildirirlər ki, adını bilmədikləri tikinti şirkəti onların evlərini sökməyə və onları evindən məcburi şəkildə çıxarmağa çalışır. Sakinlərin dediklərinə görə, onları evindən çıxmağa məcbur edənləri məhkəməyə veriblər. Nəticə olaraq Ali Məhkəmə qərar verib ki, sakinlərə kompensasiya ödənilməlidir. Sakinlər bildirirlər ki, tiki...
Cəmiyyət
"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". BakuCity.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.  H. Hacıyev bildirib ki, əldə olunan nəticələr iyunun 21-dən etibarən tətbiq edilən karantin rejiminin və vətəndaşların buna əməl etməsinin nəticəsidir: "Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi y...
Ekologiya
Qubada zəlzələ baş verib. BakuCity.az xəbər verir ki, yeraltı təkanlar saat 4:52-də qeydə alınıb. Zəlzələ təxminən 3,5-4 maqnitudada baş verib. Yeraltı təkanlar hiss edilib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur. (report) BakuCity.az
Hadisələr
Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub. BakuCity.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmi...
Cəmiyyət
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır. BakuCity.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.  Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı ü...
Cəmiyyət
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. N. Seyidov bildirib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb kimi göstərilmir:...
Cəmiyyət
Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb. BakuCity.az xəbər verir ki, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ-dan gətirilən qırmızı soğanın tərkibində Salmonella bakteriyası ola biləcəyini xəbərdar edib. Agentlik, iyun ayından bəri cəmi 5 ştatda bir çox hadisənin təsbit edildiyini və xəstəlik adətən 6 ilə 72 saat arasında təsir göstərdiyini bildirib. Qeyd olunur ki, bu virus daha dəhşətli ola bilər. (sonxeber.az) BakuCity.az
Cəmiyyət
Bakıda çimərliklərdəki yerlər üçün onlayn sifariş sistemi istifadəyə verilib. BakuCity.az xəbər verir ki,  test rejimində işləyən cimerlik.az portalına bu günə qədər ümumilikdə 1500 yer olmaqla Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub. Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan...
Ekologiya
Bakıda 3 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təz...
Cəmiyyət
Paytaxtda COVID-19 partlayışı yaşanacaq. “Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”. BakuCity.az xəbər verir ki, bu sözləri  açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza...
Cəmiyyət
Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir. BakuCity.az xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun "North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb. Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub. Hadisə ilə əlaqədar Toronto polisi əra...
Cəmiyyət
"Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz". Üç gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanlar...
Cəmiyyət
Karantin rejimi qaydalarına nəzarət məqsədi ilə şəhər ərazisində mobil postlarda yoxlamalar davam edir. Reydlər zamanı həm sürücülər, həm də küçələrdə insanların karantin qaydalarına riayət etmələrinə polis əməkdaşları ciddi nəzarət edirlər. İcazəsiz çıxan sürücü və sərnişinlər cərimə olunur. BakuCity.az xəbər verir ki, mobil postlar paytaxtın müxtəlif küçələrində qurulur və bütün nəqliyyat vasitələrinin sürücü və sərnişinləri yoxlanır. İstər piyadaların,...
Siyasət
Erməni xalqı bugün Paşinyanı hakimiyyətə gətirməyə peşman olub.Ermənistanı qarşıda hələ çox ciddi siyasi və iqtisadi kataklizmlər gözləyir. BakuCity.az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Balakən regional ASAN Xidmət mərkəzinin açılışında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib. “Cənab Prezident bildirdi ki, Ermənistanda 2018-ci ildə formalaşmış...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?