usd:
1,70 ₼
Alış
1,70 ₼
Satış
1,70 ₼
usd:
1,70 ₼
eur:
1,88 ₼
Alış
1,88 ₼
Satış
1,88 ₼
eur:
1,88 ₼
Bu gün
+20... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 27 °С
Buludlu, yağmursuz
Bu gün
+20... 26 °С
Buludsuz, yağmursuz
Sabah
+22... 27 °С
Buludlu, yağmursuz

Xəbərlər Bakı

Filters
Filters
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az-ın məlumatına görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında  hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq. Abşeron çimərli...
Hadisələr
Polis faktla bağlı araşdırma aparır Bakucity.az xəbər verir ki, avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb. Araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilib. Nərimanov RPİ  18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakin...
Cəmiyyət
Pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb Bakucity.az xəbər verir ki, paytaxtda Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutan vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb. Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-d...
Hadisələr
Paytaxtda bir qrup abonentin qaz təchizatı dayandırılıb Bakucity.az xəbər verir ki, Avqustun 21-də səhər saat 10:00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək.  Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq. Qeyd edək ki, bu barədə "Azəriqaz"...
Hadisələr
Paytaxtda avtomobili aşıran sürücü ağır xəsarət alıb Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü Əkbərov Murad Tahir oğlu idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb. Qəza zamanı M.Əkbərovun boynu sınıb. Faktla bağlı araşdırma aparılır. (Oxu.az) Bakucity.az
Cəmiyyət
Dövlət Gömrük Komitəsi vacib məlumat yayıb Bakucity.az xəbər verir ki, Bakıdan İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək. Məlumata görə, bu, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək üçündür. DGK sədri Səfər Mehdiyevin sərəncamına əsa...
Hadisələr
Paytaxt polisi hər yerdə onu axtarır Bakucity.az xəbər verir ki, paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi 62 ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Quliyeva Gülnar Mehman qızı avqustun 16-da səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Bakı polisi araşdırmalara başlayıb.  Bakucity.az
Cəmiyyət
Yeni tədris ili ərəfəsində Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb Bakucity.az xəbər verir ki, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti  tərəfindən təşkil edilib. Yarmarka çadırları Bakı metropolitenin "Nərimanov", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "Azadlıq prospekti", "Memar Əcəmi", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırıl...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az  xəbər verir ki, avqustun 21-də Bakıda və Abşeron yarımadasında havanın əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 21-23, gündüz 36-38 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-40...
Hadisələr
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub Bakucity.az xəbər verir ki, avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır. Qeyd edək ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bakucity.az
Hadisələr
FHN-dən yanğınla bağlı açıqlama verilib Bakucity.az xəbər verir ki, Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. O bildirib ki, hadisə rayonun İsmayıl bəy Qutqaşınlı, 63 ünvanında qeydə alınıb: "Yanğın 17 mərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasındakı elektrik kabellərində baş verib. Hazırda nazirliyin Dövlət Y...
Cəmiyyət
Paytaxtda mövcud olan qiymətlər heç də ürəkaçan deyil Yeni tədris ilinin başlanmasına qalan vaxt azaldıqca övladı məktəbli olan valideynlərin qayğıları da artır. Onları düşündürən əsas məsələ - bu il məktəbli formalarının və zəruri dəftərxana ləvazimatlarının qiyməti neçəyə olacaq? Bakucity.az bu materialda paytaxt sakinlərini düşündürən bu suala aydınlıq gətirib. “Məktəbli üçün minimal dəst təxminən 70 manatdır” Bir məktəblinin zəruri ehtiyaclarını qarşıl...
Cəmiyyət
Bu gün paytaxtın bir neçə yaşayış məntəqəsində təbii qaz kəsilib Bakucity.az xəbər verir ki, saat 10:00-dan etibarən Binəqədi rayonu Xocasən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması icra olunacaq. Bununla bağlı Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində qaz təchizatı dayandırılıb.  Bundan başqa, Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zərurət yaranıb. İşlər başa çatan...
Biznes
Seminar bu sahədə karyera qurmaq istəyən xanımlar üçü nəzərdə tutulub Bakucity.az xəbər verir ki, 28 Avqust tarixində Bakıda “Youth Inc.” Sahibkarlıq Proqramı və “Girls Code Azerbaijan” platformasının tərəfdaşlığı ilə “Virtualization for Beginners” adlı təlim keçiriləcək.  “TheOffice kovörkinq mərkəzində (birgə iş məkanı) Fərhad Kərimov tərəfindən keçiriləcək seminar virtuallaşdırma və bu sahədə karyera qurmaq istəyən xanımlar üçü nəzərdə tutulub. Seminard...
Hadisələr
Polis əməkdaşı tüstüdən zəhərlənib Bakucity.az xəbər verir ki, Binəqədi rayonu 9 mikrorayon ərazisindəki Mircəlal Paşayev küçəsində yerləşən “Favorit” marketdə yanğın baş verib. Yanğını söndümrək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin 4 briqadası cəlb olunub.  Yanğın marketin anbarında baş verib. Anbardan malları çıxararkən mühafizə polisinin bir əməkdaşı - Elnur Niftəliyev tüstüdən zəhərlənib. O, dərhal 1 saylı şəhər xəst...
Hadisələr
Tədris ilinin başlaması paytaxtda nəqliyyat sıxlığı yarada bilər Bakucity.az xəbər verir ki, sentyabrın 16-da (Sentyabrın 15-i bazar gününə düşdüyü üçün dərslər bir gün sonra start götürəcək) ölkədə yeni tədris ilinin başlaması ilə bağlı nəqliyyat sahəsində də yeniliklər gözlənilir.  Bakıda hər il olduğu kimi müşahidə ediləcək nəqliyyat sıxlığı ilə əlaqədar “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BA...
Biznes
Həm yeni, həm də ikinci əl avtomobillərdə bahalaşma var Yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin artması avtomobil bazarında alıcılı sayını azaltsa da, bu, qiymətlərə təsir etməyib.  Bakucity.az xəbər verir ki, ötən həftə Badamdar avtomobil bazarında 2 min manata yaxın bahalaşma müşahidə edilib. İstehsal ilinə görə bu fərq 2015-ci ildən sonrakı avtomobillərdə 3-4 min manata yaxınlaşıb.  Ümumlikdə, ən çox bahalaşma Almaniya istehsalı olan ikinci əl “M...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki,avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, Bakıda gecə 21-23° isti, gündüz 35-37° isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40% olacaq. Abşeron çimərlikl...
Hadisələr
Paytaxtda uşaq ölümü baş verib Bakucity.az xəbər verir ju, Banqladeş vətəndaşı, 1996-cı il təvəllüdlü Khan Sazzadur Rashid Shakil və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Səriyyə Rzayeva iki aylıq körpələri Zara Sazzadur Shakil qızını qulaq ağrısı ilə Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına aparıblar.  Uşağa tibbi yardım göstərilsə də körpə bir neçə saat sonra dünyasını dəyişib.  Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsız...
Hadisələr
Yol polisi avtomobili "VAZ 21 07"-lə toqquşub Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının avtopatrulu, polis şerjantı, 1994-cü il təvəllüdlü Həsənalıyev Sənan Qurban oğlunun idarə etdiyi 99 YP 341 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə 1993-cü il təvəllüdlü Paşazadə Emin Qəzənfər oğlunun idarə etdiyi 10 BH 288 dövlət nömrə nişanlı "V...
Cəmiyyət
Avqust ayında paytaxtda mənzillərin ucuzlaşması qeydə alınıb Bakucity.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mənzil bazarındakı ucuzlaşmanın mövsümi xarakter daşıdığını deyib: "Demək olar ki, hər il iyul və avqust aylarında mənzillərin ucuzlaşmasının şahidi oluruq. Adətən, insanlar bu aylarda istirahətə getdiyi üçün mənzil bazarında da boşluq yaranır. Yəni bu ucuzlaşma müvəqqətidir. Sentyabrın ikinci həftəsindən sonra mənzil bazarı...
Hadisələr
Polis faktla bağlı araşdırmaya başlayıb Bakucity.az xəbər verir ki, metronun "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib. Uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib. Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəx...
Ekologiya
Həftənin ilk iş gününə gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu tə...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava, əsasən, günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.“Qafqazinfo”nun məlumatına görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeron çimərlikləri...
Cəmiyyət
Xarici universitetlərlə müqayisədə tələbədən oxşar ödəniş alınır Bakucity.az xəbər verir ki, paytaxtdakı bəzi universitetlərdə təhsil haqları kifayət qədər yüksəkdir. Yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynalxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s., tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır. Müqaisə üçün “A-Level Education” şirkətinin rəhbəri Ayan Əliyevaya müraciət etdik. Ayan xanım öz...
Hadisələr
Saatların ümumi dəyəri 100 min manatdan çoxdur Bakucity.az xəbər verir ki, Nəsimi rayonu Mirzə İbrahimov küçəsində yaşayan Anar Əliyev idarə etdiyi "Niva" markalı avtomobili yaşadığı binanın qarşısında saxlayıb. Ona məxsus avtomobildən hər birinin dəyəri 9 min manat olan 12 qol saatı oğurlanıb. Hadisəni törədən şəxslər Nəsimi RPİ tərəfindən axtarılır. (APA) Bakucity.az
Mədəniyyət
“Bihu Hindistan folklor rəqs” qrupu hind rəqslərini təqdim edib Bakucity.az xəbər verir ki, avqustun 16-da Beynəlxalq Muğam Mərkəzində Hindistanın müstəqillik günü münasibətilə bu ölkənin rəqslərindən ibarət musiqili gecə təşkil edilib. Layihə Beynəlxalq Muğam Mərkəzi, Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan-Azərbaycan Assosiasiyası tərəfindən həyata keçirilib. Tədbirdə bildirilib ki, Hindistanın hər bir ştatının müxtəlif mədəniyyəti var və təqdi...
Hadisələr
Paytaxtda 32 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb Bakucity.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 4, mənzil 15 ünvanında baş verib. Belə ki, 1987-ci təvəllüdlü Quliyeva Brilliant Səməd qızı həyat yoldaşı tərəfindən döyülüb. Qadın hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sifətinin yumşaq toxumalarının əzilməsi yarası diaqnozu qoyulub. (Report) Bakuci...
Hadisələr
Müşahidə kamerası onları görüntüləyib Bakucity.az xəbər verir ki, Bakı polisi Binəqədi rayonunda naməlum qadın tərəfindən oğurlanmış azyaşlı qardaş və bacının axtarışını davam etdirir.  Uşaqlar və qadın sonuncu dəfə Beynəlxalq Avtovağzal Kompleksi ərazisində görünüb . Qeyd edək ki, 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı və 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rəhim oğlu 3-cü mədən küçəsinin 76-cı korpusu ərazisində itiblər. Məlum olub ki, uşaqlar...
Hadisələr
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib Bakucity.az xəbər verir ki, aeroport yolunda gənc qadın avtomobillərin sürətlə hərəkətdə olduğu magistral yolu keçməyə çalışıb. Bu zaman sürətlə gələn maşın onu vuraraq bir neçə metr kənara atır. Zərbənin gücündən qadın yerindəcə keçinir. Bakucity.az
Hadisələr
Uşaqların anası açıqlama verib Bakucity.az xəbər verir ki, Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və itkin düşüblər. Uşaqların anası Çiçək Aslanova övladlarının oğurlandığını bildirib: "Mənim öz günahıma görə, övladlarımı oğurlayıblar. Deməli işlədiyim kafeyə bir qadın gəldi ki, acam. Yanında övladı da var idi. Dedi ki,...
Cəmiyyət
Dəniz suyunun temperaturu 26 dərəcə isti təşkil edəcək Avqustun 17-də, şənbə günü Bakıda havanın əsasən yağmursuz keçəcək, mülayim cənub–şərq küləyi əsəcək. Bakucity.az xəbər verir ki, havanın temperaturu Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Də...
Cəmiyyət
Paytaxt çimərliklərində yeni aksiyaya start verilib Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiya keçirir. Bakucity.az-ın məlumatına görə, aksiya paytaxtın Suraxanı və Səbail rayonları ərazilərində yerləşən çimərliklərdə keçirilib. Tədbir çərçivəsində çimərliklərin girişinə plakatlar vurulub, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şö...
Hadisələr
Hazırda həmin istiqamətdə sıxlıq müşahidə olunur Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospektində (“20 Yanvar” dairəsi istiqaməti) Çerment körpüsünün üstündə yol-nəqliyyat hadisəsi baş verib. Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Bakucity.az
Cəmiyyət
Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb Bakucity.az xəbər verir ki, Nazirlər Kabineti qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edi...
Biznes
Dodaq boyası hər qadının sadiq yoldaşı və köməkçisidir  Bakucity.az brend məhsullar, eyni zamanda ucuz dodaq boyaları arasında yüksək keyfiyyətlisini necə seçməyi araşdırıb.  Dodaq boyası seçməyin bütün incəliklərini bilmək üçün “Sabina” mağazalar şəbəkəsinin meneceri İlhamə Quliyevaya müraciət etdik. Mütəxəssis ilk olaraq saxta dodaq boyasının orijinaldan necə fərqləndiyini izah etdi: “Bir çoxları çinlilərin, xüsusən də Asiya kosmetikasının keyfiyyətli ol...
Hadisələr
Hadisə baş verən vaxt uşaqların anası işdə olub Bakucity.az xəbər verir ki, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər.  Uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub. Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxl...
Hadisələr
Sabunçu rayonunda 37 yaşlı kişini avtomobil vurub Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili sərxoş vəziyyətdə yolu keçmək istəyən piyada, 1982-ci il təvəllüdlü Qəmbərov Amur Fəxrəddin oğlunu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ona üzün əzilmiş-sıyrılmış yarası diaqnozu qoyub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az) Bakucity.az
Hadisələr
Bakıda marşrut avtobusuna hücum olub Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşrut avtobusuna hücum edən iki naməlum şəxs şüşələri sındırıb, sürücü, 1984-cü il təvəllüdlü Fuad Aslanovu döyüblər. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır. (APA) Bakucity.az
Hadisələr
Paytaxtda yüksək sürət qəzaya səbəb olub Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Assamand” markalı minik avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil səkiyə dəyərək aşıb. Aşan avtomobilin fotolarını təqdim edirik: (Baku.ws) Bakucity.az
Cəmiyyət
“Bizim həyət” layihəsi davam etdirilir Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir. Avqustun 15-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Binəqədi rayonu, Naxçıvani küçəsi 24,...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, avqustun 16-da Bakıda və Abşeron yarımadasında avqustun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  30-35, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-75, gündüz 45-50 faiz o...
Hadisələr
Məhkəmə baxışı gələn həftəyə təyin edilib Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri şantaj edərək pul almaqda təqsirləndirilən, 1990-cı il təvəllüdlü Məmmədov Səfa Şəfa oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli B.Yusifov və G.Qasımova qarşı...
Hadisələr
Onun dəri örtüyünün yarısı yanıb Bakucity.az xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan 1945-ci il təvəllüdlü Məhərrəmova Elmira Məhərrəm qızı evində üstünə benzin tökərək özünü yandırıb. Nəticədə, qadın yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq mərkəzinə çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər İlkin məlumata görə, qadını özünü yandırma həddinə nəvəsi çatdırıb. Nənə və nəvə arasında münaqişənin səbəb...
Hadisələr
Paytaxtda kişi intihar etmək məqsədilə körpünün üzərinə çıxıb Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, “Papanin körpüsü” deyilən ərazidə qeydə alınıb. Körpüdən keçən sürücülərdən biri avtomobili saxlayaraq, onunla söhbət etməyə başlayıb və qəflətən onu tutaraq intihar etməsinin qarşısını alıb. (Oxu.az) Bakucity.az
Biznes
Durmadan inkişaf edən “Papa John’s” restoranlar şəbəkəsi Bakıda yeni ünvanda öz restoranının açılışını edib. Sayca 8-ci olan restoran “28 Mall” ticarət mərkəzində foodcourt ərazisində yerləşir.  Şəbəkəyə daxil olan digər restoranlarda olduğu kimi, yeni innovativ məhsullar və reseptlər əsasında bişirilən dadlı-ləzzətli pizzalar artıq dünəndən pizzasevərlərin yolunu gözləyir.  Restoranlar şəbəkəsi hazırda Bakcell abunəçiləri üçün Ulduzum kodunu təqdim etdikd...
Cəmiyyət
Qaz xəttlərində təmir işləri aparılacaq Bakucity.az xəbər verir ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində təbii qazın təchizatı dayandırılacaq. Qeyd edək ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bakuc...
Cəmiyyət
Magistral su kəmərində birləşdirmə işlər görüləcək Bakucity.az xəbər verir ki, bu gün Yasamal rayonu Şəfayət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Şəfayət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərində birləşdirmə işlərindən  sonra məhdudiyyət aradan qaldırılacaq. Qeyd edək ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib. Bakucity.az
İdman
“Neftçi”ni səfərdə çətin sınaq gözləyir Bakucity.az xəbər verir ki, paytaxt təmsilçisi Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində doğma meydanda baş tutan ilk oyunda İsrailin “Bney Yehuda” klubu ilə 2:2 hesablı heç-heçə edib.  Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.  “Play-off”da bu cütün qalibi “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) oyunun qalibi ilə qarşılaşacaq....
Cəmiyyət
Paytaxtda söküləcək qəzalı binalarla bağlı qərar qəbul olunub Bakucity.az xəbər verirki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək: "Kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir. Bunlar 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır. Digər bina isə Bakı şəhəri, Yas...
İdman
“Azəryol” klubunun avrokubokdakı matçlarının vaxtı dəqiqləşib Bakucity.az-ın məlumatına görə, EHF kubokunda debüt edəcək Bakı təmsilçisi Ukraynanın “Qaliçanka” klubu ilə ilk matçına sentyabrın 7-də çıxacaq.  Lvovda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.  Paytaxtımızda keçirilməli cavab oyununu da bu şəhər qəbul edəcək. “Azəryol”in “Qaliçanka” ilə ikinci qarşılaşması sentyabrın 8-nə təsadüf edəcək. Görüş isə saat 19:00-da başlayacaq....
Hadisələr
Paytaxtda 1 tona yaxın narkotik vasitə aşkar edilib Bakucity.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində xüsusi əməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş məlumat əsasında Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Ağalar Xəlilov paytaxt ərazisində saxlanılı...
Hadisələr
Paytaxtda ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, yük maşını 37 nömrəli polis bölməsinin qapısını qırıb, divarın bir hissəsini dağıdıb. Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib: “Sürücü dönmə əməliyyatını yerinə yetirən zaman səhvə yol verib və nəticədə yük maşını bölmənin divarına çırpılıb. Ha...
Ekologiya
Avqustun 15-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 762 mm civə s...
Hadisələr
Paytaxtda 87 yaşlı kişi faciəli şəkilə ölüb Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Təbriz küçəsi, 17 ünvanında baş verib.  Dördmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1932-ci il təvəllüdlü Əhmədov Oqtay Abbasqulu oğlu ehtiyatsızlıqdan eyvandan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. (Oxu.az) Bakucity.az
Cəmiyyət
Paytaxtın təkrar mənzil bazarında qiymətlər 1,88 faiz artıb Bakucity.az xəbər verir ki, konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib ki, 2019-cu ilin iyununda təkrar bazarda mənzillərin orta qiyməti bir kvadratmetrə görə 1658 dollar, ötən ilin eyni ayında isə bu göstərici 1608 manat olub. Təkrar mənzil bazarında təkliflərin ümumi həcmi 2018-ci ildə 2223, 2019-cu ildə isə 1789 ədəd təşkil edib. 2019-cu ilin iyununda təkrar bazarda ekonom sinif...
Hadisələr
Polis sosial şəbəkələrdə yayılan məlumatları təkzib etdi Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oyun zamanı azerkeşlərin rəqib komandaya hücum çəkməsi ilə bağlı yayılan məlumatları təkzib edib: "Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azerkeşlərin rəqib komandaya hücum çəkməsi il...
Cəmiyyət
Paytaxtda ictimai çəmərliklərin yaradılması işləri davam edir Bakucity.az xəbər verir ki,  paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır. Belə ki, Səbail rayonunda, “Şıx” çi...
Hadisələr
Biləcəri qəsəbəsindəki vaqon deposunda bədbəxt hadisə baş verib Bakucity.az xəbər verir ki, 27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. (Report) Bakucity.az
Sabunçu rayonunda kütləvi dava olub
Sabunçu rayonunda kütləvi dava olub Bakucity.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Dava edənləri ayırmaq istəyən 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu və 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu bıçaqlanıb. Hər iki yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. P.Xəlilova sol budun, F.Bayramova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (APA...
Hadisələr
Dananın paytaxt küçələrində qaçması böyük marağa səbəb olub. Bakucity.az xəbər verir ki, ötən gün axşam saatlarında Qurban bayramında kəsilməsi üçün alınan dana Ziya Bünyadov prospektində kənar yola çıxaraq qaçmağa başlayıb. Heyvan nəqliyyatın hərəkətinə də maneə yaradıb. Dananı saxlamaq üçün hətta Post Patrul Xidməti əməkdaşlarının qoşulduğu əməliyyat bir müddət davam edib. (Oxu.az) Bakucity.az
Hadisələr
Paytaxtda keçirilən toy məclisində kütləvi dava olub Bakucity.az xəbər verir ki, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ”Kristal” şadlıq sarayında baş verib. Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub. Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib. Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib....
Ekologiya
İstirahət günlərinin havası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 29-u gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin  iyunun 30-da daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək. Bakucity.az
İdman
Məlumat müdafiəçinin sosial şəbəkə hesabında paylaşılıb Bakucity.az xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Bney Yehuda”nın futbolçusu Bakıda xəstəxanaya yerləşdirilib. “Bney Yehuda”nın rəsmi “Facebook” səhifəsinin məlumatına görə, İsrail təmsilçisinin müdafiəçisi Paz Ben Arinin qolu sınıb. “Neftçi” – “Bney Yehuda” (2:2) matçının son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu Bakıdakı xəstəxanaların birinə aparılı...
Kriminal
Bakı polisi: "Ərəb turistlərə qarşı törədilən quldurluq zamanı dəymiş ziyan ödənilib" Bakucity.az xəbər verir ki, avqustun 5-də paytaxtın Səbail rayonu ərazisində Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı quldurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, növbətçi hissə, “Təhlükəsiz Şəhər” Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsinin Cinayət...
Hadisələr
Hava şəraiti bu gün Bakıda bir neçə qəzaya səbəb olub  Bakucity.az xəbər verir ki, qəzalar yüksək sürət rejimi tətbiq olunan yollarda baş verib. Videogörüntülərə baxdıqda məlum olur ki, sürücülər hava və yol şəraitini düzgün qiymətləndirmirlər. Belə ki, əyləc sistemindən düzgün istifadə etməmək, ara məsafəsini düzgün seçməmək, sürət həddini aşmaq bu qəzalara səbəb olub. (Avtosfer.az) Bakucity.az
Hadisələr
Paytaxtda növbəti avtomobil qəzası baş verib Bakucity.az xəbər verir ki, hadisə “Nizami” metrosu yaxınlığında baş verib. “Mercedes” markalı, 99 NM 604 dövlət nömrə nişanlı avtomobil restoranlardan birinin girişinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. (APA) Bakucity.az
Kriminal
Kişi kafedə işləyən xadiməyə təcavüz etməyə cəhd göstərib Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayonu hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə avqustun 7-si saat 02:00-da paytaxtın İsmayılov küçəsində kafenin yanında baş verib.  40 yaşlı xadimə çalışdığı yerdən çıxıb evinə doğru getdiyi zaman hücuma məruz qalıb. Cinayətkar qadına təcavüz etmək istəyib, lakin qadın müqavimət göstərərək qaçmağı bacarıb. 35-ci Polis bölməsinin əməkdaşlarını...
Biznes
Məlumatı Dövlət Statistika Komitəsi verib Bakucity.az xəbər verir ki, bu ilin yanvar-iyul aylarında paytaxtda və ümumilikdə ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz bahalaşıb. Belə ki, cari ilin iyulunda iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,1 faiz, o cümlədən qeyri-ərzaq mallarının qi...
Cəmiyyət
Yağış ticarət mərkəzində müxtəlif fəsadlara yol açıb Bakucity.az xəbər verir ki, ötən gündən başlayaraq yağan intensiv yağış paytaxtın ən böyük ticarət mərkəzlərindən olan “Sədərək”də yüzlərlə mağazaya ziyan vurub. Mağazalara suyun dolması nəticəsində əsaəsn geyim malları tam yararsız hala düşüb. Alış-verişə gələnlər isə ticarət mərkəzinin ərazisinə daxil ola bilməyiblər. Dükan sahibləri, satıcılar mağazalara və anbarlara dolan suyu təmziləməyə çalışsalar...
Cəmiyyət
BBAK mətbuat xidmətinin açıqlaması Bakucity.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu "Neoplan"lar da cəlb olunub. Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. P.Məmmədova bildirib ki, bu, öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq: “Sərnişinlərdən xahiş edirik ki,...
Cəmiyyət
Yeni siyahı açıqlanıb Bakucity.az xəbər verir ki, büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri yenidən müəyyən edilib. Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ni yeni redaksiyada təsdiq edib. Qərar sentyabrın 1-də...
Hadisələr
Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub Bakucity.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "Baku Bus" avtobusu 2 minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. (Report) Bakucity.az
Mədəniyyət
Filmin qapalı nümayişi rəsmi premyeradan bir gün əvvəl gerçəkləşib Bakucity.az xəbər verir ki,  “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dünya şöhrətli rejissoru Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin rəsmi premyeradan bir gün əvvəl qapalı nümayişi baş tutub. Təqdimatda 1960-70 illərin atmosferi hökm sürüb. Həmçinin, tədbirdə furşet, alkoqol və alkoqolsuz içkilər təşkil edilib. Bundan başqa, təqdimat fərqli dekorasiya,...
Cəmiyyət
Qurban bayramı ilə əlaqədar dördgünlük tətil başlayır Bakucity.az xəbər verir ki, avqustun 10-u şənbə, 11-i bazar gününə təsadüf edir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü qeyri-iş günüdür. Beləliklə, 10-13 avqust tətil günləridir. Növbəti iş günü avqustun 14-dür. Bakucity.az
Ekologiya
Temperatur yenidən yüksələcək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 21-23, gündüz 32-34, Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa...
Cəmiyyət
İki nəfərin ölümünə səbəb olmuş Nail Allahverdiyevin haqqındakı qərar dəyişib Bakucity.az xəbər verir ki, Ali Məhkəmə Nail Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb. N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yeri...
Ekologiya
Coğrafiya İnstitutu hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu ölkədə avqust ayında hava şəraitinin qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb. İnstitutun direktoru Ramiz Məmmədov havanın belə keçməsinin iqlim dəyişikliyinin nəticəsi olduğunu deyib. Onun sözlərinə görə, regionda küləklərin sürəti dəyişir: “Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Misal olar...
İdman
Bakıda motokross üzrə çempionat keçirilib Bakucity.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilib.  İdmançılar güclərini 2 növ mühərrikli motosikletlərdə göstərib. Yarışın yekun nəticələrinə əsasən 125sm3 həcmli motosikletlərdə I yerə Fyodr Pudikov, II yerə Arif Bağırov, III yerə Nail Mustafayev, 250sm3 həcmli motosikletlərdə isə I yerə Vaqi...
Hadisələr
Bakıda qətl hadisəsi törədilib Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Asif İsgəndərov bir neçə gün əvvəl bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. A.İsgəndərov avqustun 8-də aldığı xəsarətdən xəstəxanada ölüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Vəliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərər vurma, ehtiyatsızlıqdan...
Hadisələr
Gecədən yağan güclü yağış Bakıda problemlərə səbəb olub Bakucity.az xəbər verir ki, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr yaranıb. Yollarda piyadaların və avtomobillərin hərəkəti çətinləşib. Keçidlər su ilə dolub. Yağış sularının yola dolması sürücülərə də çətin anlar yaşadıb. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Bakı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarı 20 dəqiqə gecikib Bakucity.az xəbər verir ki, qatarın gecikməsinə yağışlı hava şəraiti səbəb olub. Belə ki, 07:50-də Sumqayıt Dəmir Yolu Vağzalından çıxan qatar yolda bir neçə dəfə dayandığına görə Bakı Dəmir Yolu Vağzalına bir saata çatıb. Bakucity.az
Hadisələr
"Qəza avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən baş verib" Bakucit.az xəbər verir ki, Yasamal rayonu, Hüseyn Cavid prospekti 231-235 ünvanında baş verən yol qəzası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) açıqlama yayıb. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məsələ ilə bağlı bunları deyib: "Avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub. Əvv...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 28-30 d...
Hadisələr
Paytaxtda baş verən daha bir qəzanın görüntüləri yayılıb Bakucity.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib.  Müəyyən olunmamış yerdən asta sürətlə yolu keçən qoca kişi qəzaya səbəb olub. Belə ki, sürətlə hərəkət edən “Nissan” markalı avtomobil piyadanı vurmamaq üçün sərt manevr edib və nəticədə avtomobil yol kənarındakı bardürlərə çırpılaraq, qarşı yola düşüb.  Hadisə zamanı xoşbəxtlikdən xəs...
Ekologiya
Hava şəraitinin belə keçməsinə səbəb iqlim dəyişkənliyidir Bakucity.az xəbər verir ki, avqustun 5-dən etibarən paytaxt ərazisində müşahidə edilən güclü külək nəticəsində 70-ə yaxın ağac aşıb, budaqları sınıb və kökündən çıxıb.  Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı bunları deyib: “Ağaclar yay mövsümündə bioloji inkişafda, çiçəklənmiş vəziyyətdə olur. Bu səbə...
Hadisələr
Paytaxtda yol qəzası sıxlığa səbəb olub Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospekti Hava Limanı yolunda (mərkəz istiqaməti) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur. Qeyd edək ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Bakucity.az
Cəmiyyət
Ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar. Bakucity.az hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı...
Ekologiya
Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq Bakucity.az xəbər verir ki, 28 may küçəsində, Qara Qarayev parkında nadir quş növlərindən hesab olunan Əbabil quşu tapılıb. Quş yaralı olduğundan hadisənin şahidi olan şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı operativ reaksiya verən qurum Əbabil quşunu tapan şəxsdən təhvil almaq üçün əməkdaşlarını hadisə yerinə göndərib. Ekologiya və Təbii Sərvətlər...
Hadisələr
"Gənclik" stansiyasının yaxınlığında ağır yol qəzası baş verib Bakucity.az xəbər verir ki, yol qəzasının baş vermə anı kameraya düşüb.  Kadrlardan göründüyü kimi avtomobil digər maşınların arasında manevr edir və qəfil dayanacağa doğru hərəkət edir.  İdarəetməni itirərək dayanacağa çırpılan avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qıza ilkin diaqnoz kimi sol bazunun travm...
Want to add bakucity.az to your home screen and stay up to date with the news?